Qiymətləndirmə göstəriciləri
İllər
2001
2005
2012
Milli yoxsulluq həddindən aşağı yaşayan əhalinin
xüsusi çəkisi, %
49.0
29.3
6.0
Məşğul əhalinin əmək qabiliyyətli yaşda əhaliyə olan
nisbəti, %
76.9
71.9
68.7
Cədvəl 2.6
Uşaq ölümü hallarını azaltmaq
Qiymətləndirmə göstəriciləri
İllər
2001
2005
2012
Körpə ölümü, hər 1000 diri doğulana
Cəmi
16.6
12.7
10.8
Qızlar
15.8
11.6
10.5
Oğlanlar
17.3
13.6
11.1
Şəhər
15.8
13.5
17.8
Kənd
17.3
12.0
4.1
Cədvəl 2.7
İİV/QİÇS, malyariya və digər xəstəliklərə qarşı mübarizə aparmaq
Qiymətləndirmə göstəriciləri
İllər
2008
2010
2012
54
QİÇS xəstəliyi ilə bağlı ölənlərin sayı, nəfər
43
39
49
QİÇS səbəbindən yetim qalan uşaqların sayı, nəfər
30
71
73
İİV-lə yaşayan insanların sayı, faizlə
0.02
0.03
0.04
Malyariya xəstəliyinin yayılması və ölüm əmsalı, hər
100 000 nəfərə
0.8 (0)
0.6 (0) 0,03 (0)
Vərəm xəstəliyinin yayılması və ölüm əmsalı, hər
100 000 nəfərə
106.5
(8.5)
138.7
(7.9)
123.2
(4.1)
QİÇS- Qazanılmış immun çatışmazlığı virusu
İİV
–
İnsanda immun çatışmazlığı virusu
Cədvəl 2.8
Ətraf mühitin davamlılığını təmin etməli
Qiymətləndirmə göstəriciləri
İllər
2000
2005
2012
Meşə örtüyü olan torpaq sahəsi, %
12
12
12
Qorunan ərazilərin ümumi ərazilərə nisbəti, %
5.0
7.0
10.3
Bioloji müxtəlifliyin saxlanması üçün mühafizə
olunan torpaq sahəsi, ha
4.3
6.0
8.9
Bərk yanacaq istifadə edən əhali, %
-
10.7
-
Karbon qazının emissiyası, adambaşına ton
0.003
0.003
0.004
Karbon qazının emissiyası, min ton
-
26.07
34.92
Təkmilləşdirilmiş su mənbələrindən istitfadə edən
əhalinin nisbəti, %
-
78.4
91.3
Təkmilləşdirilmiş sanitariya sistemindən istifadə
edən əhalinin nisbəti, %
-
77.3
89.3
55
2.3. Azərbaycan Respublikasında davamlı inkişafa keçid
konsepsiyası
Qeyd etmək lazımdır ki, davamlı inkişafa keçidin əsasını onun hüquqi bazası
təşkil edir. Azərbaycanın ətraf mühit üzrə qəbul etdiyi qanunlardan və qoşulduğu
beynəlxalq konvensiyalardan görünür ki, hazırda ölkəmizdə davamlı inkişafın
təmin olunmasının möhkəm hüquqi bazası yaradılmışdır.
Son dövrlərdə Azərbaycanda beynəlxalq qurumların çağırışına cavab olaraq
əhalinin sağlamlığı, ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizlik və təbii
resurslardan rasional istifadə, alternativ və bərpaolunan enerji mənbələrinin sürətli
inkişafı ilə bağlı 20-dən çox milli qanun, mühüm sənədlər qəbul edilmişdir.
Bunların ən əsasları «Bitki mühafizəsi haqqında» (1996), «Əhalinin sağlamlığının
qorunması haqqında» (1997), «Balıqçılıq haqqında» (1998), «Yerin təki haqqında»
(1998), «Ətraf mühitin mühafizəsi haqqında» (1999), «Heyvanlar aləmi haqqında»
(1999), «Ekoloji təhlükəsizlik haqqında» (1999), «Atmosfer havasının qorunması
haqqında» (2001), «İcbari ekoloji sığorta haqqında» (2002), «Əhalinin ekoloji
təhsili və maarifləndirilməsi haqqında» (2002), «Ekoloji təmiz kənd təsərrüfatı
haqqında» (2008) və s. qanunlar, «Azərbaycan Respublikasında ekoloji cəhətdən
dayanıqlı sosial-iqtisadi inkişafa dair» və «Azərbaycan Respublikasında meşələrin
bərpa edilməsi və artırılmasına dair» Milli Proqramlar, «Hidrometeorologiyanın
İnkişaf Proqrammı», «Yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması
və səhralaşmanın qarşısının alınmasına dair», «Abşeron yarımadasında təbii daş
yataqlarının səmərəli istifadəsi və inkişafı» Dövlət Proqramları, «Azərbaycan
Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər
üçün Kompleks Tədbirlər Planı» və «Azərbaycan 2020: Gələcəyə baxış» İnkişaf
Konsepsiyasıdır (2012). (19).
Son 20 il ərzində ölkəmizdə ətraf mühitin davamlı inkişafı və insan
sağlamlığı sahəsində görülmüş ən önəmli işlər bunlardır:
— Əhalinin keyfiyyətli içməli su ilə təminatlarının yaxşılaşdırılması
56
məqsədilə 272 rayon yaşayış məntəqəsində 440 min əhalini içməli su ilə təmin
edən modul tipli sutəmizliyici qurğular quraşdırılmışdır (2007-2014);
— Abşeron yarımadası ərazisində magistral avtomobil yollarının kənarında
300 ha, Bakı-Quba magistral yolunda 510 ha, Bakı-Qazax magistral yolu ətrafında
562 ha, Bakı-Şamaxı magistral yolu ətrafında 263 şa, Bakı – Astara magistral yolu
ətrafında 300 ha ərazidə ağac əkilmişdir;
— Salyan rayonu ərazisində Xəzər dənizinin suyunun duzsuzlaşdırılması
üçün infrastruktur imkanları 20 min m
3
olan, sutkada 1000 m
3
gücündə avadanlığa
malik zavod inşa edilmişdir;
— «Xəzər dənizinin çirklənmədən qorunması üzrə tədbirlər haqqında» Sə-
rəncama uyğun olaraq, Abşeron yarımadasının Mərdəkan, Buzovna, Bilgəh,
Nardaran, Pirşağı, Novxanı və Sumqayıtın 90 kilometrə yaxın sahilboyu ərazilərin-
də ümumilikdə gündə 6400 m
3
çirkab sutəmizləmə gücünə malik 17 stansiya istis-
mara verilmiş, «Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sitemi» yaradılmış-
dır;
— Azərbaycan Respublikası Prezidentinin «Böyük Qafqazın Bazardüzü-
Şahdağ-Tufandağ ekosisteminin kompleks hidrometeoroloji və ekoloji tədqiqatı ilə
bağlı tədbirlər haqqında» (2008) Sərəncamına uyğun olaraq Qafqazda ən yüksək
dağlıq «Kompleks hidrometeoroloji və ekoloji tədqiqat elm Mərkəzi» yaradılmış,
Bazardüzü – Şahdağ – Tufandağ ekosistemlərinin tədqiqi məqsədilə Mərkəzdə
alternativ enerji ilə işləyən 3 avtomat meteoroloji stansiya qurulmuşdur.
Davamlı inkişaf üzrə qəbul edilmiş vacib sənədlərdən biri Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş
«Azərbaycan 2020; Gələcəyə baxış» İnkişaf Konsepsiyasıdır. Həyatımızın bütün
sahələrini əks etdirən bu sənəddə ekoloji tarazlığın qorunub saxlanması, davamlı
inkişaf məsələləri diqqət mərkəzində durur, son dövrlərdə «sürətlənən sənayeləşmə
nəticəsində ekoloji tarazlığın pozulması», Ermənistan tərəfindən işğal olunmuş
Azərbaycan torpaqlarında aparılan ekosid siyasəti — bioloji müxtəlifliyin kütləvi
surətdə məhv edilməsi, ərazilərdə irimiqyaslı yanğınların törədilməsi, Azərbayca-
57
nın şirin su mənbələrinin Ermənistan tərəfindən kimyəvi, radiaktiv zəhərlənməyə
məruz qalması, Metsamor AES-in nəinki ölkəmiz üçün, həmçinin bütün Qafqaz
üçün böyük təhlükə mənbəyi olması narahatlıq doğurur.
Sənəddə, həmçinin, insan faktoru, ətraf mühitin menecmenti sahəsində
strateji baxışlar və əsas prioritetlər (gender məsələləri, dayanıqlı sosial-iqtisadi
inkişaf, biomüxtəlifliyin mühafizəsi, yanacaq kompleksinin zərərli təsirlərinin
yumşaldılması, resusrlardan, o cümlədən torpaq resurslarından rasional istifadə,
qənaətli, tullantısız və təkrar emal, alternativ və tükənməz enerji mənbələrindən
istifadə, az tullantılı və ya tullantısız texnologiyaların tətbiqi və s.) öz əksini
tapmışdır (18).
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli «Bakı
şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında»
Sərəncamına uyğun olaraq yaradılmış «Təmiz Şəhər» Açıq Səhmdar Cəmiyyəti
Bakı ərazisində əmələ gələn bərk məişət tullantılarının yerləşdirilməsi və zərər-
sizləşdirilməsi sistemini müasir standartlara uyğun idarə etməklə şəhərin ekoloji
vəziyyətinin yaxşılaşdırılması işlərini həyata keçirir. Müəssisə 2009-cu ildə fəaliy-
yətə başlamışdır. Cəmiyyətin yaradılmasında əsas məqsəd tullantıları yerləşdiril-
mək, utilizasiyasını müasir standartlara cavab verən şəkildə qurmaq və idarə
etmək, şəhərin ekoloji vəziyyətini yaxşılaşdırmaqdır.
Bərk Məişət Tullantılarının Yandırılması Zavodu 19 dekabr 2012-ci il tarix-
dən fəaliyyətə başlamışdır. Zavod istehsalat gücünə görə Şərqi Avropa və MDB
məkanında bu tipli ən iri zavod hesab olunur. Dördüncü nəsil (4G) texnologiyala-
rının tətbiqi ilə qurulmuş zavod 500 min ton məişət və 100 min ton tibbi tullantını
zərərsizləşdirmək imkanına malikdir. Tullantıların yandırılması prosesin nəticəsin-
də əldə ediləcək alternativ enerji kimi elektrik enerjisinin miqdarı ildə 231,5
mln.kVt/saat enerjiyə bərabər olacaqdır kit, bu da 100 mindən çox evin enerji ilə
təmin olunmasına imkan yaradacaq.
Zavodun əsas ekoloji faydaları aşağıdakılardır:
— yanma zamanı tullantı üzvi və ya bioloji təhlükəli maddələrdən təmizlənir
58
və bununla da onun həcmi 10 dəfə azalır;
— emissiyaların miqdarı və tərkibi Azərbaycan və Avropa Birliyinin ətraf
mühit sahəsindəki ən əsas tələblərinə cavab verir;
— tullantılardan yaranan və yanma qazının tərkibində olan bütün çirklən-
diricilər 3 mərhələli effektiv yanma qazını təmizləmə sistemi vasitəsilə tamamilə
aradan qaldırılır;
Dostları ilə paylaş: |