Magistratura məRKƏZİ Əlyazması hüququnda


Fəsil III. Ətraf mühitin keyfiyyətinin normativ-hüquqi əsasları



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə31/42
tarix02.01.2022
ölçüsü1 Mb.
#44725
1   ...   27   28   29   30   31   32   33   34   ...   42
Cəmiyyət-təbiət münasibətlərinin müasir strategiyası və təbii mühitin

Fəsil III. Ətraf mühitin keyfiyyətinin normativ-hüquqi əsasları 

və beynəlxalq əməkdaşlıq formaları 

 

3.1. Ətraf təbii mühitin keyfiyyətinin idarə olunmasının hüquqi 

əsasları və ekoloji cinayətlər 

 

Hüquq-dövlət  tərəfindən  müəyyənləşdirilmiş,  yaxud  sanksiyalaşdırılmış 

ümumi-məcburi  davranış  qaydalarının  (normalarının)  məcmusudur.  Bu  qaydalara 

riayət  olunmasının  təminatçısı  dövlətdir.  Dövlət  hüquq  vasitəsilə  insanların  

davranışlarını    müəyyən  tərzdə,  öz  siyasətinə  uyğun  olaraq  tənzimləyir,  özünün 

mənafeyinə  cavab  verən  ictimai  münasibətləri  möhkəmləndirir  və  inkişaf  etdirir. 

Bu baxımdan, ekoloji hüquq dövlət hüququnun bir sahəsi, tərkib hissəsidir. 

Ekoloji hüquq  indiki və gələcək insan nəsilləri naminə ətraf təbii mühitin 

mühafizəsi,  sağlamlaşdırılması  və  yaxşılaşdırılması  məqsədilə  cəmiyyət-təbiət 

ictimai münasibətlərini tənzimləyən hüquqi normalar sistemidir. 

Ətraf  təbii  mühitin  mühafizəsi  məsələsi  hüquq  nəzəriyyəçiləri  tərəfindən 

dövlətlərin  əsas  funksiyalarından  biri  hesab  edilir.  Azərbaycan  dövlətinin  ekoloji 

funksiyasının  xarakterini,  ətraf  mühit  hüququnun  həyata  keçirilməsi  və  inkişafını 

cəmiyyət-dövlət  münasibətləri  müstəvisində  daha  dolğun  dərk  etmək  üçün  Azər-

baycan  Respublikasının  Konstitusiyasındakı  ekoloji  müddəalara  nəzər  salmaq 

vacibdir.  Konstitusiyanın  preambulasında  qeyd  edildiyi  kimi,  xalq  ümumxalq 

səsverməsi  referendum yolu ilə özünün ali hakimiyyət niyyətlərini bəyan edərək 

Azərbaycanın  konstitusiya  quruluşunun  əsaslarını  təyin  etmiş,  insan  və  vətəndaş 

hüquqlarını və azadlıqlarını, Azərbaycan Prezidentinin dövlət başçısı kimi hüquqi 

statusunu, ali qanunverici, icraedici və məhkəmə orqanlarının statusunu, eləcə də 

yerli özünü idarəetmə sistemlərinin əsaslarını müəyyənləşdirmişdir. Burada dövlət: 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin