Magistratura məRKƏZİ Əlyazması hüququnda


— ərzağın  ekoloji təsiri haqqında texniki biliklərə nail olmaq;  —



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə28/42
tarix02.01.2022
ölçüsü1 Mb.
#44725
1   ...   24   25   26   27   28   29   30   31   ...   42
Cəmiyyət-təbiət münasibətlərinin müasir strategiyası və təbii mühitin

 ərzağın  ekoloji təsiri haqqında texniki biliklərə nail olmaq

 davamlı ərzaq istehsalının stimullaşdırılması; 

 davamlı ərzaq istehlakının stimullaşdırılması; 

 ərzaq tullantılarının və itkilərinin azaldılması; 

 ərzaq siyasətinin təkmilləşdirilməsi. 

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2013-cü il hesaba-




 

51 


tında  davamlı  ərzaq  sisteminin  ərzaq  təhlükəsizliyi  və  qida  ilə  təminatın  əsas 

instrumenti olduğu bildirilir. FAO öz sənədlərində davamlı ərzaq sisteminin effek-

tivliyini xüsusi qeyd edərək onun hal-hazırda bütün insanların sağlam qida mənbə-

yi  olduğunu,  gələcək  nəsillərin  qida  potensialını  mühafizə  etdiyini,  resurslardan 

effektiv  istifadəni  təmin  etdiyini  xüsusi qeyd  edir.  Davamlı  ərzaq  sistemi  bildirir 

ki, hər bir su damlası, kiçicik torpaq sahəsi, bir ovuc gübrə, sərf edilmiş bir dəqiqə-

lik zəhmət mümkün maksimum ərzaq istehsalını təmin etməlidir. Yalnız bu halda 

biz resursların gələcək nəsillərə də çatacağına və sistemin dayanıqlılığına zəmanət 

verə bilərik.  

Davamlı  kənd  təsərrüfatı  məhsulları  istehsalı  odur  ki,  bu  zaman  sistem  öz   

məhsuldarlığını və məhsulun keyfiyyətini aqroximikatların köməyi olmadan stabil 

saxlayır. Bunun üçün aşağıdakı amillər nəzarətdə saxlanılmalıdır. 



 Torpaq. Sağlam torpaq istənilən dayanıqlı istehsal sistemi üçün mühüm 

əhəmiyyət daşıyır. Bataqlıqlaşma və şoranlaşma nəticəsində pozulmuş torpaqların 

bərpası  üzrə  proqramlar  işlənib  hazırlanır  və  həyata  keçirilir.  İstifadə  edilməyən 

xam torpaqlarda becərmə işləri tədrici istifadə proqrammı əsasında həyata keçirilir. 



  Pestisidlər  və  ziyanvericilərlə  kompleks  mübarizə.  Alınmış  yeni  sortlar 

və bioloji mübarizə forması vasitəsilə pestisidlərin istifadəsi maksimum dərəcədə 

azaldılır  və  tamamilə  istifadə  edilmir,  ziyanvericilərə  qarşı  kompleks  tədbirlər 

planı hazırlanır və tətbiq edilir. Konkret ziyanvericiləri məhv edən, tez bir  zaman-

da zərərsiz komponentlərə  parçalanan pestisidlərə üstünlük verilir. 

  Bioloji  müxtəliflik.  İndikatorlarla  azot  və  karbonun  dövranı,  torpağın 

üstündə və altında bioloji müxtəlifliyin vəziyyəti tam nəzarətdə saxlanılır. Bioloji  

resurslardan  rasional  istifadə  edilir,  aqromeşəçilik,  yabanı  təbiətin  mühafizəsi  və 

istifadəsi, akvakultura, daxili balıqçılıq və heyvandarlıqdan kompleks şəkildə isti-

fadə edilir. 

--Ərzaq məhsullarının təhlükəsizliyi və keyfiyyətinə nəzarət. Xüsusi analitik 

sistem potensial ərzaq məhsullarının və qida komponentlərinin keyfiyyətinə, pes-

tisidlərin zərərsiz hədd hüdudlarında saxlanmasına, patogen orqanizmlərə nəzarət 




 

52 


edir. 

 Su və ondan rasional istifadə. Suya önəmli sosial-iqtisadi təsirə, iqtisadi 

dəyərə  malik  olan,  insanların  ən  əsas  tələbatlarını  ödəyən  məhdud  resurs  kimi 

yanaşılır.  İqlim  dəyişmələri  və  digər  amillərin  təsiri  ilə  su  resurslarının  getdikcə 

tükənməsi  səbəbindən  onlardan  effektiv  istifadə  edən,  quraqlığa  davamlı  sortlara 

üstünlük verilir, innovativ  suvarma  sistemləri  (bitki kökünün  damcılı  suvarılması 

və  s.)  tətbiq  edilir,  irriqasiya  sistemlərində  şoran  sulardan  istifadə  edilir,  bataq-

lıqlaşma və şoranlaşmaya qarşı drenaj tədbirləri görülür, səthi və qrunt sularından 

kompleks  istifadəyə  üstünlük  verilir,  mütəmadi  olaraq  su  balansının  və  suyun 

keyfiyyətinin monitorinqi aparılır. 

 Gübrələr və qida maddələrindən effektiv istifadə. Gübrələr və qida mad-

dələri kompostlar və bioloji üsulla alınmış qida maddələri ilə əvəz edilir. 



 İstixana qazlarının nəzarətdə saxlanılması. Xüsusi texnologiyalar vasitə-

silə karbon qazı və digər qazların böyük əksəriyyətinin torpaqda toplanması təmin 

edilir (22). 

BMT-nin  ətraf  mühit  və  inkişaf  üzrə  Konfransında  qəbul  edilmiş  bu  sənəd 

əvvəllər qəbul edilmiş Rio görüşləri (Davamlı İnkişaf) və «XXI əsr gündəliyi»nin 

müddəalarının davamıdır. 1990-cı ildən etibarən BMT-nin təşkilatçılığı ilə keçiri-

lən əksər beynəlxalq konfranslarda qlobal inkişafın mühüm hədəfləri irəli sürülür. 

BMT-nin  2000-ci  il  Baş  Assambleyasında  (Minillik  Sammiti)  189  ölkənin  nüma-

yəndələrinin, o cümlədən 147 dövlət başçısının imzaladığı «Minilliyin Deklarasi-

yası» qəbul edildi. Deklarasiyala dünyanın sonrakı inkişafının təhlükəsizlik prob-

lemləri ilə bağlı narahatlıq ifadə edildi. Eyni zamanda, tərəqqinin yalnız davamlı 

inkişaf  prinsipləri  əsasında  mümkünlüyü  ifadə  edildi.  Deklarasiyada  o  da  xüsusi 

vurğulandı ki, davamlı inkişafın əsasını təşkil edən iqtisadi inkişaf öz növbəsində 

yoxsulluq və insan haqlarının təminatı problemlərinin həllinə söykənir. 

Təbii ki, ölkəmiz də «Minilliyin İnkişaf Məqsədləri»nə qoşulmuş, öz üzərinə 

öhdəliklər  götürmüşdür.  Hər  il  dövlət  statistik  hesabatlarında  «Minilliyin  İnkişaf 

Məqsədləri»nin Azərbaycan Respublikası üzrə götəriciləri nəşr edilir. Bu öhdəlik 



 

53 


üzrə Azərbaycanın statistik göstəriciləri belədir (Azərbaycan Statistik Göstəriciləri, 

2013); 


                                                                                                     Cədvəl 2.5 

       İfrat yoxsulluğu aradan qaldırmaq 




Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin