dılmış bütün dünyada geniş yayılmış ətraf mühitin idarəolunması standartlarına
göstərir. Ölkədə təkrar istehsal biznesinin inkişaf etdirilməsi məqsədilə Balaxanı
qəsəbəsində yaradılan Bərk Məişət tullantılarının Çeşidlənməsi Zavodu alman
texnologiyası əsasında qurulmuşdur və illik 200 min ton tullantı qəbul etmək
gücünə malikdir. Çeşidləmənin aparılması nəticəsində təkrar emal üçün yararlı
tullantılar ayrılır ki, bu da tullantıların ümumi həcmini azaldır, ucuz xammal bazarı
formalaşdırır, ölkədə təkrar emalın qurulması üçün zəmin yaradır, enerjiyə qənaət
li sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında alternativ və bərpa
tutulmuş tədbirlər həyata keçirilmiş, yeni layihələrin başlanması üçün zəmin
Demək olar ki, ölkənin bütün rayonlarında bərpa olunan enerji mənbələri
hesabına yeni enerji güclərinin yaradılması üçün layihələrin hazırlanmasına başlan-
mışdır. Azərbaycan Respublikası Prezidentinin 2014-cü tl 17 yanvar tarixli 232
59
nömrəli Sərəncamı ilə təsdiq edilmiş «2014-2016-cı illərdə Bakı şəhəri və onun
qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqrammı» və 2014-cü il 27
fevral tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası regionlarının
2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqrammı» üzrə alternativ və
bərpa olunan enerji mənbələri hesabına yeni generasiya güclərinin yaradılması
nəzərdə tutulmuşdur (19).
Təkcə 2010-2014-cü illər ərzində Dövlət Agentliyi tərəfindən onlarla layihə
həyata keçirilmişdir. Azərbaycan Respublikası Alternativ və Bərpaolunan Enerji
Mənbələri üzrə Dövlət Agentliyi (ABEMDA) tərəfindən istifadəyə verilmiş layihə-
lər bunlardır:
— Qobustan Eksperimental Poliqonu və Təbdris Mərkəzi 13 sentyabr 2011-
ci ildən fəaliyyətə başlamışdır. Layihə üzrə poliqonda 2.7 MVt gücündə Külək
Elektrik Stansiyası (KES), 1.8 MVt gücündə Günəş Elektrik Stansiyası (GES) və 1
MVt gücündə Bioqaz Elektrik Stansiyası (BES) quraşdırılıb istifadəyə verilmişdir;
— Biləsuvar, Masallı, Beyləqan rayonlarında, Bakı şəhərində və digər
ərazisində GES və istilik nasosları (İN) quraşdırılıb istifadəyə verilmişdir;
— Naxçıvan MR, Neftçala, Gədəbəy, Balakən, Qazax, Qax, Yevlax, Xaç-
maz, Xızı, Lerik rayonlarında gücü 10 MVt-a qədər olan hibrid elektrik stansiyaları
(günəş, külək, biokütlə və s.) tikilib istifadəyə verilmişdir.
Bundan əlavə, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi
tərəfindən «Təmiz Şəhər» ASC-nin 44 MVt gücündə Bakı Bərk Məişət Tullantı-
larının Yandırılması Zavodu, «Azərenerji» ASC tərəfindən İsmayıllı rayonunda 1.0
MVt gücündə İsmayıllı SES, Göyçay rayonunda 3.3 MVt gücündə Bığır SES,
Azərbayxan Respublikası Dövlət Neft Şirkəti tərəfindən Xəzər rayonunda 9.3 ha
sahədə «Ekoloji Park» layihəsi həyata keçirilmişdir. Parkda elektrik enerjisinə
olan tələbat alternativ və bərpa olunan enerji mənbələri hesabına ödənilir (22).
Qeyd etmək lazımdır ki, son dövrlərlə alternativ və bərpa olunan enerji mənbələ-
rindən istifadə üzrə qeyri-dövlət sektoru da aktiv iştirak edir.