Magistratura məRKƏZİ


İnformasiya və rabitə sistemi



Yüklə 1,34 Mb.
səhifə7/40
tarix28.12.2021
ölçüsü1,34 Mb.
#17019
1   2   3   4   5   6   7   8   9   10   ...   40
İnformasiya və rabitə sistemi. Mütəşəkkil bazarın elementlərini hələ qədim dövrlərdən müşahidə etmək olar. Belə ki, hələ Qədim Romada “merkatorum kollegiyası” adlanan tacirlərin yığıncağı keçirilərmiş. Roma imperiyasının bütün tərəflərindən gələn malların bölüşdürülməsi mərkəzlərdə -satış bazarlarında (“fora vendaliya”) keçirilirdi. Orada barter əməliyyatları üstünlük təşkil edirdi, lakin nağd pul ödənişlə də satış həyata keçirilirdi. Bəzən son hesablaşmada vaxtı keçmiş müqavilələr də bağlanırdı. Bu təcrübəni indi müasir birjalarda müşahidə etmək olar.

Beləliklə, birja Avropada kapitalın ilkin yığımı dövründə yaranmışdır. Əgər pul dəyişmə kontorlarını nəzərə almasaq, onda ilk birjalar əmtəə birjaları olmuşdur. Bəzi məlumatlara görə, ilk birjalar İtaliyada (Venesiya, Genuya, Florensiya) meydana gəlmişdir və onların orada yaranması ilk iri manufakturanın yaranması və beynəlxalq ticarətin artması ilə bağlı idi.

İlk birjalar sırasına 1531-ci ildə Antverpendə yaranmış birjanı da daxil emək olar. Müasirləri onu “sonsuz yarmarka” birjası adlandırırdılar. Antverpendəki bijanı birinci beynəlxalq birja saymaq olar, çünki oradakı hərraclarda iştirak edən tacirlər və mallar Avropanın bir çox ölkələrindən gəlirdi. Bu birjanın öz xüsusi binası var idi və girişində üzərində latınca “bütün xalqların və dillərin ticarət insanları üçün” yazısı yazılmışdı.

Sonradan birjalar Tuluza (Fransa) və Lionda 1549-ci ildə, sonra isə Londonda (1556-cı il) yarandı. Yaponiyada birja 1790-cı ildə düyü ticarət üzrə, ABŞ-da isə 1848-ci ildə Çikaqoda yaranmışdır.

Amsterdam əmtəə birjası 1608-ci ildə yaranmış birjalarının tarixində böyük əhəmiyyətə malik idi. Amsterdam birjasında ilk dəfə olaraq əmtəələrin nümunələri və sınaq nümunələri üzrə ticarət qaydası tətbiq olunmuşdu, sonradan isə əmtəələr üçün orta keyfiyyət normaları qoyuldu ki, bu məhsullarının birjada birbaşa təqdimatı olmadan ticarət aparmağa imkan verdi.

Amsterdam birjası qiymətli kağızlarla əməliyyatlar aparmağa başlayan ilk birja idi. Ticarət Hollandiya, İngiltərə, Portuqaliyanın dövlət istiqrazları, Hollandiya və Böyük Britaniyanın Ost-Hind, sonra isə Vest-Hind ticarət şirkətlərinin səhmləri əsasında aparılırdı. Bu birjalarda qiymətli kağızların 44 adda növü təqdim olunurdu.

Təxminən 1720-ci ildən başlayaraq birjalarda qiymətli kağızlarla razılaşma­ların şişirdilmiş qiymətlərlə yayılması başlandı. Sonradan isə bu oyun əmtəə müqa­vi­lə­lərində də özünü göstərdi. [34, s.8]

XVIII əsrdə birjaların inkişafı ləng gedirdi və onlar əsasən beynəlxalq ticarətin böyük axınlarının olduğu dəniz limanlarında yerləşirdi.

İlk dövr birjaları ticarət tələbatını ödəyən real əmtəə birjaları idi. XIX əsrdə belə birjalar Avropanın bütün iri ölkələrində, eləcə də Şimali Amerikada və Yaponiyada çoxalmışdı.

İştirakçıların birja ticarətinə müxtəlif yanaşması birjaların iki növünün inkişafına təkan vermişdir: Açıq və qapalı birjalar



Açıq birjalarda ticarət təsərrüfat münasibətlərinin iştirakçıları tərəfindən, yəni hər birinin birbaşa ticarətə daxil olma imkanın olduğu alıcılar və real əmtəəyə malik satıcılar tərəfindən aparılırdı. Lakin zəruri əməliyyatların həcmi artdıqca ixtisas­laş­dırılmış iştirakçılarının - vasitəçilərin cəlb olunmasına ehtiyac yarandı, bu isə həm alıcılara və həm də satıcılara əməliyyatların həyata keçirilməsinə vaxt itirmə­mək imkanını verirdi. Vasitəçilər ya daha uğurlu fəaliyyət göstərən iştirakçıların arasından seçilirdi və ya da ki kənardan cəlb olunurdu.

Keçid­ dövründə bir çox hallarda həm satıcılar, həm alıcılar, həm də vasitəçilərin iştirak etdiyi qarışıq tipli açıq birjalar mövcud olmuşdur. Vasitəçi qruplardan bir qismi müştərilər üçün əməliyyatlarda ixtisaslaşdırıldı, digərləri isə öz adından və öz hesabından müqavilələr bağlayırdı.




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin