Magistratura məRKƏZİ



Yüklə 1,34 Mb.
səhifə10/40
tarix28.12.2021
ölçüsü1,34 Mb.
#17019
1   ...   6   7   8   9   10   11   12   13   ...   40
İngiltərə. Bu ölkədə 22 fond birjası fəaliyyət göstərir. Onlar səhmdar cəmiyyət kimi fəaliyyət göstərirlər. Aparıcı fond birjası London birjasıdır ki, ölkə daxilində bütün qiymətli kağızlarla əməliyyatların 60%-dən çoxu onun ixtiyarındadır. Lakin bu birjanın başlıca xüsusiyyəti ondan ibarətdir ki, qiymətli kağızlarla ticarətin 50% -i xarici mənşəli qiymətli kağızların öhdəsinə düşür. London - dünya maliyyə mərkəzlə­rindən biri rolunu yerinə yetirməyə davam edir. [31, s.157] Digərləri arasında Qlazqo, Liverpul, Mançester və Birminqem fond birjalarını göstərmək olar.

London fond birjası 200 ildən artıq dövrdə mövcud olduğu dövr ərzində 1986-cı ilin oktyabrında yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Broker firmalarının ciddi ixtisaslaşmasının ləğv edilməsi və maliyyə əməliyyatlarının məhdudlaşdırılması nəticəsində birja “qlobal qiymətli kağızlarla ticarət mərkəzinə çevrilmişdir”. London fond birjasının üzvləri səhmlər və digər qiymətli kağızlarla əməliyyatlar üzrə qəti müəyyən olunmuş ödə­mələr edə bilmir, xarici investorlar isə birjanın bütün əməliyyatlarında tam sərbəstlik əldə etmişlər. Qərbin işgüzar mətbuatı bunu İngiltərə, ABŞ və Yaponiya kimi ölkələrdə Hesablama Elektron Maşınları vasitəsilə geniş dünya ticarəti aparılır və bu ölkələrdən olan ticarətçilərlə güzəştli qiymətlər tətbiq edilir. [31, s.158] Belə ki, Amerikanın “Merill Linç” investisiya bankı, “Solomon brazers” bankir evi və “Sitikorp” kommersiya bankı, eləcə də “Nomura” Yaponiya şirkəti bu islahatlardan fay­dalana bildilər. Bundan başqa Sitinin bir sıra broker firmaları xarici şirkətlər tərəfindən uduldu. 1986-cı ilin sonunda 20 firmadan cəmi səkkizi qalmışdı. İngilis broker firmalarının alınması üçün əsas fəaliyyət Amerika kapitalının payına düşmüş­dür.

London fond birjasının yenidən qurulması son illərdə maliyyə sövdələşmələrinin bütün strukturunun dəyişməsinə gətirib çıxarmışdır. Lakin London birjasının yenidən qurulması əslində qiymətli kağızlar bazarının gəlirlilik vəziyyəti ilə izah olunur. Belə ki, Sitidə qiymətli kağızlarla əməliyyatlarda qiymətlər Nyu-Yorkda və Tokioda olduğundan iki dəfə çox idi. Nəticədə Londonun beynəlxalq maliyyə mərkəzi kimi nüfuzu ciddi təhlükə altına düşmüş oldu. Məhz buna görə də İngiltərə hökuməti Siti maliyyə dairələrinin müəyyən narazılığına baxmayaraq birjanın azad bazar mexanizminə çevrilməsi ideyasına müsbət yanaşmışdı.

Fransa. Burada səkkiz (Nant, Marsel, Nansi, Paris, Bordo, Tuluza, Lion, Lill) fond birjası fəaliyyət göstərir. Fransa fond birjaları dövlət təşkilatları kimi fəaliyyət göstərir. Həlledici rol qiymətli kağızlarla əməliyyatlar aparan Paris fond birjasının payına düşür. Əyalət birjalarının payına əməliyyatlarının təxminən 1% düşür. Fransa fond birjalarına əsasən özəl şirkətlərin səhmləri və dövlət istiqrazları müraciət edir. 1961-ci ilə qədər Paris birjasında iki bazar mövcud olmuşdur: Rəsmi (bazar maklerləri) və qeyri-rəsmi (“kulissa” adlı kurtye bazarı) birjalar. Sonuncu birja 1961-ci ildə ləğv edilmişdir. [31, s.158]

Lakin 80-cı illərdə o, yenidən bərpa edildi və orada yalnız banklar kağızlarla əməliyyat aparılır. Fransada vahid qiymətin müəyyən edilməsini nə­zər­də tutan islahat aparıldı. Bu islahatlar nəticəsində Paris birjasının rolu artdı. Bu birja 1961-ci ildə Parisdə yaradılmış Beynəlxalq Fond Birjaları Federasiyasının üzvüdür.

Fransa “Ümumi bazar” çərçivəsində fəal iş apararaq, qiymətli kağızlar üzrə bazarın yaradılması və onların rolunun yüksəldilməsi ilə birjaların fəaliyyətini qaydaya salmağa çalışır. Dövlət birja əməliyyatlarının Komissiyası vasitəsilə fond birjalarının fəaliyyətinə nəzarət edilir. Fransada 60-cı illərin əvvəllərində birja islahatı Beşinci Respublikanın yaranmasından sonra müxtəlif iqtisadi orqanların qaydaya salınmasına və səmərəliliyinin artırılmasına yönəlmişdir. Birja islahatlarının əsas məqsədi qiymətli kağızlar bazarının daha çevik mexanizmi yaratmaq olmuşdur


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin