Magistratura məRKƏZİ


Beynəlxalq neft birjalarında kommersiya sövdələşmələrin formaları



Yüklə 1,34 Mb.
səhifə18/40
tarix28.12.2021
ölçüsü1,34 Mb.
#17019
1   ...   14   15   16   17   18   19   20   21   ...   40
2.2. Beynəlxalq neft birjalarında kommersiya sövdələşmələrin formaları
Kommersiya müqavilələrinin təsnifatı. İş adamının kommersiya əlaqələrinin inkişafının əsas istiqamətləri aşağıdakı­lardır:

a) Təchizatçılarla münasibətlərdə bütün zəruri hallar; b) onun məhsullarının istehlakçılar ilə münasibətləri. Bu zaman tərəflərin hüquq və vəzifələri sahibkar və onun tərəfdaşları arasında imzalanan müqavilələrlə (kontraktlarla) təsdiqlənir. Kommersiya fəaliyyəti zamanı müqavilələrin aşağıdakı növləri daha geniş istifadə olunur: 1. Alqı-satqı müqaviləsi; 2. Tapşırıq müqaviləsi; 3. Komissiya müqaviləsi; 4.Agent müqaviləsi; 5. Müstəsna malların satışı haqqında müqavilə; 6. Françayzinq müqaviləsi; 7. Faktorinq haqqında müqavilə; 8. Saxlanılma haqqında müqavilə; 9.İcarə müqaviləsi; 10. Lizinq müqaviləsi və başqaları.

Təcrübədə tətbiq olunan müxtəlif müqavilələr, müqavilə öhdəliklərinin müx­təlif­­liyi hüququn xüsusi sahəsinin - icbari hüququn yaranmasına səbəb olmuşdur. Təsərrüfat işində bəzən müqavilə mətnlərini hazırlanması işinə mütəxəssislər və məsləhətçilər («Standart müqavilə formaları hazırlanması üçün») cəlb olunur.

Kommersiya müqavilələri yazılı formada olub tərəfdaşlıq əlaqələrinin möhkəm­ləndirilməsi üçün sahibkarlıq müqavilələrinin əsas formasıdır. Orada razılaşmanın predmeti, tərəfdaşların qarşılıqlı hüquq və öhdəlikləri, həmçinin razılaşmanın pozul­masının nəticələri qeydə alınır.




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin