Magistratura məRKƏZİ


Müqavilə şərtlərinin mümkün olan xülasəsi



Yüklə 1,34 Mb.
səhifə20/40
tarix28.12.2021
ölçüsü1,34 Mb.
#17019
1   ...   16   17   18   19   20   21   22   23   ...   40
Müqavilə şərtlərinin mümkün olan xülasəsi.

Hazırlıq mərhələsində sahibkar müqavilə şərtlərinin özü üçün, o cümlədən tərəfdaş üçün qəbul edilə bilən əlverişli tərəflərini götür-qoy etməlidir.

Müqavilənin şərtlərinin xülasəsi dəqiqliyi, aydınlığı və birmənalılığı ilə fərq­lən­məlidir. Bir qayda olaraq bu, müqavilə növündən asılıdır. Əlavə (spesifik) şərtlər, həmçinin tərəflərin hüquq və vəzifələrinin məzmunu əsasən müqavilənin (koopera­siya, alqı-satqı, icarə, vasitəçilik və s.) predmetindən asılıdır.

Məsələn, təchizat müqaviləsində əsas şərtlər aşağıdakılardır:

Müqavilənin bağlandığı tarix - il, ay və gün;

Tərəflər – tərəflərin dəqiq və tam adı, həmçinin tərəflərin nümayəndələrinin səlahiyyətləri çərçivəsində (nizamnamə və ya etibarnamə) vəzifələri, adları, soyadları və atalarının adları göstərilir;

İxrac edilən məhsulun çeşidi və həcmi- müqavilənin bütün həqiqi müddəti üçün natural və pul vahidində (yanında külli miqdarda məhsulların geniş çeşidi - növləri, qablaşdırılması və s. növləri üzrə müqavilənin ayrılmaz hissəsi olan spesifikasiya əlavə olaraq göstərilir) nəzərdə tutulur;

İcra müddəti - müqavilənin ümumi müddəti və məhsul təchizatının davamlı müddətləri göstərilir;

Məhsulun təchizatı qaydasına - məhsulun yüklənmə norması və boşaldılma qaydası, nəqliyyat vasitəsinin növü, kim tərəfindən və kimin hesabına yüklənməsi, nəqliyyat xərclərinin ödənilməsi və s. daxildir;

Məhsulun qablaşdırılması, markalanması, keyfiyyəti, komplektliyi - göndərilən məhsulun keyfiyyəti, komplektliyi, növünə görə markalanması, qablaşdırılma stan­dart­ları, preyskuranantlar, texniki şərtlər və digər normativ qaydalara uyğunluğu və həmçinin məhsulun keyfiyyətinə görə qəbulunu nəzərdə tutur.

Hesabların qiymətləri və qaydaları-tərəflər arasında razılaşmaya görə müqavilə üzrə öhdəliklərin vaxtında yerinə yetirilməməsinə görə mənəvi ziyanın kompensasiya edilməsi, gəlirin və ya zərərin, cərimələrin müqavilə üzrə ödənilməsini nəzərdə tutur;

Fors - major – hallar tərəflərin istəyindən asılı olmayan və aradan qaldırıla bilməyən öhdəliklərdir. Lakin hər iki tərəfin və ya bir tərəfin müqavilə üzrə üzərlə­rinə götürdüyü öhdəliklərin icrasının mümkünsüzlüyü məsələləri, onun müd­dəti tərəflər arasında razılaşdırılır;

Arbitraj - mübahisələrin baxılması qaydalarını nəzərdə tutur, arbitraj təşkilatının adı göstərilir.

Müqavilələrin bağlanması praktikası nəinki müqavilə mətninin hazırlanması üzrə, eyni zamanda tərəfdaşların davranış etikası, davranış ünsiyyəti çərçivəsində bacarıqlarının olmasını da nəzərdə tutur.




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin