Magistratura məRKƏZİ


Şərtləşdirilmiş malın çatdırılması



Yüklə 1,34 Mb.
səhifə16/40
tarix28.12.2021
ölçüsü1,34 Mb.
#17019
1   ...   12   13   14   15   16   17   18   19   ...   40
Şərtləşdirilmiş malın çatdırılması.

Malın çatdırılması ilə bağlı müqavilələrin payına birja dövriyyəsinin (məsələn, amerika birjaları üçün onların payı metallar üzrə - 1,2%; qəhvə, kakao, qənd - 0,7%; buğda və qarğıdalı üçün - orta hesabla 0,6% təşkil edir) çox cüzi bir hissəsi düşsə də, o real mal bazarı ilə bağlı mühüm funksiyanı yerinə yetirir.

Əgər birja satıcısı malı onun əsasında çatdırmaq istəyirsə, o zaman birjanın hesablama palatasına xüsusi yazılı bildiriş – notis göndərməlidir. Hər notisdə qiymət, müqavilənin tarixi, onun hesablaşma palatasından alınması və alıcıya notisin veril­məsi tarixi göstərilir. Hesablama palatasında qeydiyyatdan keçmiş notislər mütləq qay­dada alıcıların icrasına verilir. Bundan sonra mal alan müəyyən müddət ərzində (London birjalarında -14 gün ərzində) tam həcmdə nağd şəkildə onu ödəməyə borclu­dur. Ödəniş müqabilində o, anbar şəhadətnaməsi -varrant alır ki, bu ona anbardakı mal üzərində mülkiyyət hüququnu verir. Satıcı malın anbara gətirilməsinin bütün xərclərini ödəməlidir, bu səbəbdən o, real malın satışına yalnız xüsusi hallarda gedir.

Bütün fyuçers sazişləri mütləq qaydada birjanın (Clearing House) hesablaşma palatasında məcburi qaydada qeydə alınmalıdır. Fyüçersin qeydiyyatı zamanı müqa­vilə bağlayan hesablama palatasına deposit formasında girov təminatı (ilkin beh adətən müqavilənin dəyərinin 10-15%-i həcmində olmalıdır) və marja (malın qiymə­tində əlavə dəyişikliklər üçün alınan əlavə beh) verir. Birjanın hesablaşma palata­sında müqavilə qeydiyyata alındıqdan sonra o, birtərəfli qaydada ofset müqaviləsinə uyğun olaraq ləğv edilə bilər.

Bu zaman müqaviləni ləğv edən tərəf ya qazanır (o hesablaşma palatasından uduş məbləğini alır), ya da uduzur (o hesablama palatasına məğlubiyyət məbləğini ve­­rir).

Satıcı martın 1-də 3 ay sonra çatdırılma ilə 1 tonuna görə 1000 funt sterlinqə (25t) mis satır. Mayın 30-da 1tona görə qiymət 20 funt sterlinq artmışdır. Bu müqavi­lə­nin ofset üsulu ilə ləğv edilməsi nəticəsində satıcı qiyməti fərqini ödəməlidir (20 funt st. 25 ton üçün 500 funt st.). Bu halda satıcı fyuçers müqavi­ləsi­nin ləğv edilməsi nəticəsində uduzan tərəf olacaq. Sövdələşmələrdə həmişə bir tərəf udur, biri tərəf uduzur.

Beləliklə, fyuçers müqaviləsinin ləğvi biznesin müxtəlif vəzifələrinin həlli üçün şərait yaradır.

Birjalarda möhtəkirlər gəlir əldə etmək məqsədi ilə qiyməti fərqi hesabına əməliyyatlar aparılır. Möhtəkir birja oyunlarının sadə üsulu ilə qiyməti yüksəldir və ya aşağı salır. Birjada qiymətlərin artırılmasına oynayan möhtəkirləri «öküzlər», qiymətlərin endirilməsinə oynayanları «ayılar» adlandırırlar.

Aprelin 1-də firma 1000 ton alüminiumu 1300 dollara alıb 1 tona görə üç ay üçün 1 300 000 dollar məbləği ödənilib. Bazarın konyukturasının inkişafını diqqətlə izləyən firma qərara gəlir ki, mayın 15-də (onun fəaliyyət müddətinin bitməsini gözləmədən) müqaviləni ləğv etmək lazımdır. Bu zaman alüminiumun qiyməti 1350 dollar təşkil edirdisə, bu müqavilə ləğv edildikdə firma, 50 000 dollar gəlir əldə edə­cək. Bu mənfəət firmanın adından və firma hesabına iş görmüş broker üçün komis­­yon mükafatlarını nəzərə almır. Adətən komissiyon mükafatı hər əməliyyat üçün 1/8-1/4% təşkil edir.

Möhtəkir əməliyyatları başqa yolla - proqnozlaşdıraraq, məsələn, ayrı-ayrı məh­sul­­­lar arasında qiymət nisbətinin dəyişməsini müşahidə etməklə də edə bilir.

Nümunə olaraq desək fevralın 1-i üçün üç aydan sonra göndərilmək şərtilə alüminiumun qiy­­məti 1450 dollar, mis üçünsə - 1200 dollar təşkil edirsə. Misin qiymətinin alü­mi­numun qiymətindən bahalığını nəzərə almaq lazımdır. 3 ay müddətinə 1000 ton alüminium 1450 dollara, eyni zamanda 1000 ton mis 1200 dollara satılmışdır. Beləliklə, alüminium və mis alınması üçün fyuçers sazişləri müqavilələrini bağlayaraq biz eyni zamanda həm satıcı və həm də alıcı oluruq. Bir müddətdən sonra (3 aydan gec olmayaraq) bizim proqnoz özünü doğruldur: qiymətlərdə fərq dəyişir. Misin qiyməti xeyli artaraq 1500 dollar, alüminiumun qiyməti isə 1460 dollar təşkil edirsə. Bu tarixə olan 1 ton alüminium və mis üçün alıcının və satıcının mövqeyi ofset əməliyyatlar vasitəsilə ləğv olunur. Sonda aşağıdakı nəticələri alacağıq: alüminiumun üzrə ziyan (1460-1450) 1000=10 000 dollar, mis üzrə mənfəət isə (1500-1200) 1000=300 000 dollar təşkil edir. Beləliklə, brokerin xidmətinin dəyəri nəzərə alınmadan ümumi mənfəət 290 000 dollar təşkil edir.

Hecləmə real malın alıcıları (istehlakçılar) və satıcılarının (istehsalçılar) iştirak et­diyi birjalarda əsas əməliyyat sayılır. Hecləmə fyuçers müqavilələrinin satışı və ya alı­şı zamanı itkilərin qarşısını almaq məqsədini nəzərdə tutur. Bu əməliyyatlarda əsas maraqlı şəxs - hecerdir (adətən birja malının istehsalçısı (satıcı) və istehlakçısı (alı­cı).

Real malın istehsalçıdan istehlakçıya çatdırılması məqsədi daşıyan müqavilələr adətən birjadan kənarda bağlanır. Lakin razılaşdırılmış qiymət bu və ya digər malın birjadakı vəziyyəti (kotirovkası) ilə müəyyən edilir. Real mala dair müqavilələrin bağ­lanması ilə yanaşı hecerlər birjanı fyuçers müqavilələrinin alqı-satqısı yolu ilə qiy­mət dəyişməsindən özlərini sığortalamaq üçün istifadə edirlər. Hecerlərin hərəkəti bu və ya digər malın bazarda qiyməti ilə müəyyən edilir.

Bazara dərhal çıxarılacaq məhsulla və gələcəkdə çıxarılacaq məhsulların qiymət­ləri arasındakı fərqə görə iki hal fərqləndirilir:

- Кontanqo (contango) – müqavilə üzrə qiymətlər müddət üçün nağd mal üzrə qiymətləri üstələyir, uzaq mövqelərin kotirovkası isə yaxın kotirovkaların qiymətin­dən yuxarıdır. Bəzən кontanqonu qiymətlərdə fərq də adlandırırlar. Коntanqo - alıcı bazarı üçün normal vəziyyət sayılır, çünki bazarda real mal üzrə təklif tələbatı üstələyir. Əgər bazar sabitdirsə, inflyasiya yoxdursa, onda коntanqo məbləği anbarın­da malların saxlanılması ilə bağlı xərclər ilə təqribi uyğunluq təşkil edir.

Bekuordeyşn (backwardation) - nağd mal üçün qiymətlər gələcək mallara görə yüksəkdir, yaxın gələcəkdə təqdim olunacaq malların qiymətləri uzaq mövqedən gələcək malların qiymətindən yüksəkdir. Belə vəziyyət o hallarda yaranır ki, nağd mal (məsələn: tətil, qıtlıqlar, nəqliyyat kommunikasiyalarının pozulması və s.) təklifi azalır, mal isə alıcılara dərhal lazımdır, onlar dərhal realizə edilən mal almaq üçün daha çox ödəməyə hazırdırlar. [38, s.319]

1. Özünü həmin vaxt üçün ixtiyarında olacaq məhsul üzrə qiymətlərin aşağı salınmasından sığortalamaq istəyən mis istehsalçısını təsəvvür edək. O, qiyməti (son­ra­kı dövr üçün fiksə edilmiş) üç aydan sonra müəyyən olunacaq real mal üçün forvard müqavilə bağlayıb. Kontraktın bağlandığı 1 mart üçün 1 tona görə 1000 f.s. satıcını təmin edir. Lakin o, üç aydan sonra qiymətin aşağı düşə biləcəyindən və planlaşdırılmış mənfəət əldə etməyəcindən qorxur. Bu zaman o, real mal bazarında əməliyyatlarla paralel olaraq birjada brokeri vasitəsilə hecləməni həyata keçirir:

Birjada hecləmə əməliyyatlarını aparan mis istehsalçısı 100 f.s. itirsə də (qiy­mətlərin aşağı düşməsi səbəbindən 1000-dən 900-f.s.-dək), lakin fyuçers müqavilə­sinin ləğvi ilə əlaqədar o 120 f.s. (1020 - 900) mükafat əldə edə bilmişdir. Əgər mayın 30-u üçün nağd misin qiyməti artıbsa, məsələn-1 tona 1100 f.s., o zaman istehsalçının mənfəəti mis üzrə real mal və birjada fyüçerslə eyni ölçüyə malik olmalı idi. Çünki o birjada fyüçerslərlə 80 f. s.= 1100 f.s.- 1020 f.s. itkini real mal bazarında (1100-1000=100 f.s.) kompensasiya edə bilərdi. Beləliklə, satışı heclə­yərək gələcəkdə real malın satılmasından gəlir əldə etmək istəyən istehsalçı və ya sahibkar hər hansı halda uduşda qalır.






Real mal bazarı

Birjada hecerləmə əməliyyatı

İlin fəsli

Yanvar

İstehsal xərcləri + orta gəlir = 49 sent hər qallon üçün (məqsədli qiymət)

İstehsal olunmamış malın satışı: hər qallona 50 sent olmaqla 42 000 qallona 100 fyüçers



May

Hər qallona 40 sent olmaqla 2100 min qallon dizel yana­cağının satışı (840 min. dollar)

Hər qallona 40 sent olmaqla 50 fyüçersin alışı (gəlir 210 min dollara).


İyun

Hər qallona 36 sent olmaqla 2100 min qallon dizel yanacağının satışı (756 min. dollar)

Hər qallona 36 sent olmaqla 50 fyüçersin alışı (gəlir 294 min dollar)

Nəticə:

1596 min dollar məbləğinə 4200 min qallon yanacaq satılıb.

Fyüçerserlərin ləğvindən gələn gəlir 210 + 294 = 504 min dollar (brokerin xidmətlərinin qiyməti nəzərə alınmadan).

2. Biz dizel yanacağı istehsalçısını təsəvvür edək. O, yanvarda öz fəaliyyə\tini planlaşdırır və hesab edir ki, yay aylarına tədarüklə birlikdə dizel yanacağının cari qiyməti onun üçün istehsal xərclərini və gəlirləri təmin edir. Lakin o, yaya doğru bu qiymətin aşağı düşəcəyindən ehtiyat edir. Yanvarda real əmtəəyə (mala) malik olmayaraq o, istehsal edilməmiş malı onun eksport imkanlarına uyğun olan miqdarda satır. Məsələn, yay aylarına hər qallon üçün 50 sent olmaqla hər birinə 42 000 qallon olmaqla 100 kontrakt ehtimal edək. Yayda mövcud dizel yanacağının qiyməti həqi­qətən də aşağı düşür. Lakin hecer zərər çəkmir:

Real malın bazarda satışından və birjadakı hecerləmə əməliyyatından dizel istehsalçısının ümumi gəliri 2100 min dolar təşkil edir. Birja əməliyyatları nəzərə alınmaqla dizel yanacağının satışının reallaşmasını orta qiyməti bir qallona görə 50 sentdir – yəni bu məqsədli qiymətdən daha artıqdır.

II FƏSİL


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin