enerji xammalı - neft, dizel yanacağı, benzin, mazut, propan;
əlvan və qiymətli metallar - mis, alüminium, qurğuşun, sink, nikel, qalay, qızıl, gümüş, platin və digər;
taxıl - buğda, qarğıdalı, yulaf, çovdar, arpa, düyü;
yağ dənləri və onların emal məhsulları - kətan və pambıq toxumu, soya, paxlalı bitkilər, soya yağı, soya şrot;
canlı heyvan və ət - bekon, qaramal, donuzlar;
qida məhsulları - kartof, yumurta, qəhvə, portağal şirəsi konsentratı, araxis, bitki yağları, ədviyyat, çiy-şəkər, təmizlənmiş şəkər, kakao-paxlalar;
toxuculuq xammalı - təbii və süni ipək, pambıq, cut, yuyulan yun və s.;
sənaye xammalı - kauçuk, taxta-şalban, faner.
İri beynəlxalq birja mərkəzləri ABŞ, İngiltərə, Yaponiya cəmləşmişdir. Artıq birja ticarət dövriyyəsinin 90% -i bu ölkələrin payına düşür.
Birjada satılan və alınan malların nomenklaturasından asılı olaraq, onları universal və ixtisaslaşdırılmış birjalara bölmək olar.
Həcminə görə ən iri alqı-satqını həyata keçirən beynəlxalq əmtəə birjaları universal birjalardır. Məsələn, Çikaqo əmtəə birjasında buğda, qarğıdalı, soya yağı, paxlalı bitkilərlə, qızıl, gümüş, qiymətli kağızlar, yulafla, soya şrotu ilə, Çikaqo ticarət birjasında - iri buynuzlu mal-qara, taxta, qiymətli kağızlar, xarici valyuta, qızılla alqı-satqı edilir. Tokio əmtəə birjasında qızıl, gümüş, platin, kauçuk, pambıq ipliyi ilə alqı-satqı edilir. Bundan başqa, Syanqyan (Honkonq) və Sidney birjaları da universal birja hesab edilir. Aşağıdakı cədvəldə dünyanın nəhəng birjaları göstərilib.
Cədvəl 1.
Dostları ilə paylaş: |