Magistratura məRKƏZİ


Dünya ticarətində birjaların yeri və rolu



Yüklə 1,34 Mb.
səhifə12/40
tarix28.12.2021
ölçüsü1,34 Mb.
#17019
1   ...   8   9   10   11   12   13   14   15   ...   40
1.3. Dünya ticarətində birjaların yeri və rolu

Birja ticarətinin inkişafı, müasir beynəlxalq əmtəə birjalarının formalaşması

Ticarətdə bu və ya digər birja məhsulunun satışını həyata keçirilən birjanın əsas funksiyaları

Konkret mal üzrə satıcının və alıcının nümunəsində alış və satış əməliyyatlarının heclənməsi

Opsion əməliyyatı, onun birja malı üzrə satıcı və alıcının maraqlarının qorun­ma­sı üzrə imkanları

Beynəlxalq qiymətli kağızlar bazarının təşkili

Fond və valyuta birjalarının fəaliyyətinin əsas məsələləri

Beynəlxalq ticarətin aparılmasının əsas mərhələləri

Beynəlxalq əmtəə hərracların keçirilməsi əsas mərhələləri

Dünya təsərrüfat əlaqələrinin inkişafı daim fəaliyyət göstərən kütləvi tələbatlı xammal və kənd təsərrüfatı mallarının, habelə qiymətli kağızlar və valyuta bazarları­nın yaranmasına gətirib çıxarmışdır. Müasir dünya ticarətində bu mallar ilə ticarətdə beynəlxalq birjaların rolu böyükdür.

Beynəlxalq birjalar əmtəə, valyuta və fond birjalarına bölünür.

Əmtəə birjası - müəyyən qaydalara əsasən keyfiyyətcə həmcins və asan qarşılıqlı dəyişdirilən mallar üzrə təmiz rəqabət şəraitində daim fəaliyyət göstərən topdansatış bazarıdır. [38, s.316]

ABŞ-da ilk birjalar XIX əsrin əvvəllərində yaranmışdır. Kapitalizmin inkişaf etdiyi dövrdə birjalar da sürətlə inkişaf edirdi. Belə ki, təkcə ABŞ-da onların sayı 500-ə yaxın olmuşdur. Lakin bazar iqtisadiyyatı inkişaf etdikcə nəqliyyatın təkmil­ləş­dirilməsi, müasir rabitə vasitələrinin yaradılması ilə əmtəə birjalarının sayı azalır­dı. Eyni zamanda birjalarda alınan və satılan malların növləri də azalırdı. Əgər birjaların çiçəkləndiyi dövrdə onların payına 200 növ mal düşürdüsə, hazırda isə bu rəqəm təxminən 70-dir. Beynəlxalq ticarətin 15-20% -i onların payına düşür. Şərti olaraq birja əmtəəsini aşağıdakı qruplar üzrə birləşdirə bilərik:


1   ...   8   9   10   11   12   13   14   15   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin