Magistratura məRKƏZİ



Yüklə 1,34 Mb.
səhifə8/40
tarix28.12.2021
ölçüsü1,34 Mb.
#17019
1   ...   4   5   6   7   8   9   10   11   ...   40
Qapalı birjalarda ticarət yalnız ixtisaslaşmış iştirakçıları tərəfindən aparılırdı, bütün digər şəxslərə ticarət zallına giriş qadağan edilmişdi. Qapalı tipli birjaların yaranması birja əməliyyatlarının həyata keçirilməsində əhəmiyyətli dəyişikliklərə gətirib çıxardı, çünki müştərilərin sifarişlərinin emalı və toplanması əməliyyatların həyata keçirilməsini nəzərdə tutan yığım sisteminin yaradılmasını zəruri etmişdi. Nəticədə iri birjalar birjanın əsas binasının hüdudlarından kənarda öz periferik xidmətlərini yaratmağa başladılar ki, bu ticarəti müştərilərə yaxınlaşdırdı.

Açıq və qapalı tipli birjaların mövcudluğu təkcə birjaların inkişafındakı müəyyən mərhələlərlə bağlı deyildi, həm də bir çox hallarda bu prosesdə dövlətin rolu ilə izah olunur. Belə ki, İngiltərədə və Amerikada dövlət birjaların fəaliyyətinə heç bir müdaxilə etmirdi, onlar xaraktercə korporasiya və ya özəl bağlı müəssisələr idi. Lakin Almaniyada dövlət özü birjaları təsis edirdi və onların fəaliyyətini hərtərəfli nizamalayırdı. Bu birjalar ictimai sayılırdı və açıq mahiyyətli idi.

XX əsrin əvvəllərini əmtəə birjalarını öyrənən A.Filippov adlı rus alimi birja­ların maraqlı tarixini araşdırıb. O, iki amildən asılı olaraq əsas dörd tip birjanı fərq­lən­dirmişdir:

Dövlətin birja dövriyyəsinin sahəsinə müdaxilə dərəcəsi;

Açıq və ya qapalı birjaların təşkili formaları.

Filippovun qeyd etdiyi kimi birinci birjalar - hamı üçün əlçatan birjalar idi. Belə birjalar ya onların fəaliyyətini tənzimləyən hər hansı bir qanunvericilik norma­la­rına ümumiyyətlə malik olmamışlar və ya bu tənzimləmə çox məhdud olmuşdur. Hökumət yalnız birjalarda qayda - qanuna görə ümumi nəzarət funksiya­sını üzərinə götürürdü. İstənilən şəxs birja ticarəti iştirakçısı ola bilərdi, birja binası ya birja və ya hökumət tərəfindən verilirdi. Bu tip bijalar Hollandiya, Belçika və Fransada mövcud olmuşdur.

İkinci tip birjalar – dövlət tərəfindən hərtərəfli nizama salınan birjalar idi. Birja ticarəti qanunvericiliklə tənzimlənir və icra hakimiyyətinin ciddi nəzarəti altında yerləşir. Birja komitəsinin üzvlərini birja iştirakçıları və ziyarətçiləri, korporasi­yasının təşkilatçıları, birja deyil, müvafiq dövlət orqanı təyin edir. Hanza ittifaqının şəhərləri istisna olmaqla Almaniya birjalarının əksəriyyəti bu tipli birjalar idi.

Üçüncü tip birjalar qapalı tipli olub – tamamilə dövlət tərəfindən tənzimlənir. Bu halda birja ticarətinin iştirakçıları korporasiyada birləşmişlər, birja komitəsi isə onla­rın arasından seçilir. Bu komitə ciddi şəkildə hökumət orqanına tabedir. Həm də ikinci halda olduğu kimi, birjaların fəaliyyəti qanunla tənzimlənir və dövlətin inzibati nəzarəti altında yerləşir. Bir çox hallarda alqı-satqıya korporasiyaların üzvləri ilə yanaşı məhdud hüquqlarla və xüsusi icazə ilə kənar şəxslər də buraxılır. Bu tip birjalara Avstriya - Macarıstan və Rusiyada rast gəlmək olardı.

Nəhayət, dördüncü tip birja - bu azad korporasiya və ya özəl müəssisədir. Bu halda birja dövlətin müdaxiləsi olmadan yaranır və özlüyündə birja ilə eyniləşdirilir (ABŞ-da və Böyük Britaniyada bəzi hallarda belə olmuşdur) və yaxud bu şirkət öz məqsədi kimi birjaların yaradılması və saxlanılmasına (Böyük Britaniya) çalışır. Bu halda xüsusi birja qanunvericiliyi ya olmur, ya da o çox məhdud halda olur. Birjaya birja rəhbərliyi həyata keçirir ki, o geniş səlahiyyətlərə malikdir və birja üzvlərinin ümumi yığıncağı tərəfindən seçilir. Bu tip birjalar təbii ki, qapalı sayılır.

Birja və birja ticarətinin inkişafı ticarət obyektlərində, yəni birja mallarında öz əksini tapmışdır. Nümunələr üzrə ticarət tətbiq olunduqda birjada satılan mallara kütləviliyi, eynilik, bölünmə kimi tələblər qoyulurdu. Zaman keçdikcə sabit keyfiyyət standartı kimi imkan da əlavə olundu. Aydındır ki, bu əlamətlər ilk növbədə kənd təsərrüfatı məhsulları və xammal məhsullarına xasdır.

XIX ortalarına qədər əmtəə birjaları - real mal birjaları idi. Real mal birjası öz yüksək formasında aşağıdakı cəhətləri malikdir:


  • Ticarət keyfiyyətinin təsviri əsasında, malın özünün yoxluğu şəraitində həyata keçirilir;

  • Satılan malın çeşidi standartlaşdırılmışdır, yekcinsdir və qarşılıqlı dəyişəndir;

  • Birjada aparılan əməliyyatlar həm istehsalat - istehlak, həm də möhtəkirlər tərəfindən aparıla bilər;

  • Ticarət həm satıcılar, həm də alıcıların fəal əməkdaşlığı şəraitində ciddi müəyyən edilmiş qaydada aparılır.

XIX ikinci yarısında fyuçers birjaları və ya təcili müqaviləli birjalar kimi birja­ların yeni növləri yaranmağa başladı. Belə birjalar bir qədər başqa funksiyaları yerinə yetirirdi. Bu dövrdə birbaşa ticarətin inkişafı və istehsalın inhisarlaşması ilə əlaqədar real mal birjalarının əhəmiyyəti aşağı düşmüşdü, amma əvəzində qiymət­ləndirmə mərkəzi və sığorta risklərinin mərkəzi kimi o yeni məna kəsb etmişdir. [34, s.11]

XX əsrdə dünya iqtisadiyyatında əmtəə birjalarının rolu birmənalı deyildir. Topdansatış ticarəti forması kimi əmtəə birjalarının rolunun durmadan azalması ilə yanaşı, onların maliyyə əməliyyatlarının mərkəzləri kimi əhəmiyyəti kəskin artırdı.

Əmtəə birjalarında baş verən dəyişikliklər, onların fəaliyyəti ilə bağlı aşağıdakı aspektləri əhatə edir:

Sazişlərin mövzusu olan mal və bazarların əhatəsi;

Əmtəə birjalarının sayı və əməliyyatlarının həcmi;

Sazişlərin növləri;

Ticarətin təşkilini və birja əməliyyatlarının uçotu.

Birja mallarına birja vasitəsilə tam və ya qismən satılan mallar daxildir. Deyildiyi kimi ki, birja ticarətinin obyekti kimi eynilik, qarşılıqlı dəyişmə, keyfiyyət standartlarının qurulma imkanları olan mallar başa düşülür. Uzun müddət hesab edilirdi ki, tez xarab olan mallar birja malları ola bilməz, amma müasir elmi-texniki inqilab birja dövriyyəsinə tez xarab olan məhsulların bir sıra növlərinin daxil edilmə­sinə gətirib çıxardı.

Qiymətləndirmə təcrübəsi birja bazarının formalaşması bu və ya digər mal üzrə birjanın formalaşmasına təsir göstərir. Mallarının yüksək istehlakı və ya inhisarçılığı olmayan malların uzun müddət birja ticarətinin predmeti qalmaq şansı daha çoxdur. Eyni zamanda, yüksək inhisarlı malların birja ticarətinin predmeti olmaq şansı da az deyil. Buna misal olaraq neft və neft məhsulları bazarı göstərmək olar.

Ümumilikdə, əmtəə birjalarında satılan malların sayı, bir əsr ərzində əhəmiy­yətli dərəcədə azalıb. XIX əsrin sonunda birja malları 200 adda idi. Əvvəllər birja mallarının iri qruplarına qara metal, kömür və bir sıra başqa mallar daxil idi ki, indi onlarla əməliyyatlar aparılmır.

XX əsrin ortaları üçün birja mallarının sayı təxminən yarıbayarı azalmışdır və o vaxtdan sayına görə təxminən dəyişməz qalmışdır. Eyni zamanda fyuçers bazar­la­rının sayı durmadan artırdı. Çünki fyüçers bazarı deyiləndə hansısa keyfiyyətli mal bazarı başa düşülür. 80-ci illərin sonunda fyuçers əmtəə bazarlarının sayı təxminən 200-ə qədər artıb.

Birja mallarının ənənəvi nomenklaturası iki əsas qrupdan ibarətdir:

Kənd təsərrüfatı məhsulları;

Sənaye xammalı və yarımfabrikatlar.

Kənd və meşə təsərrüfatı üzrə birja mallarının sayı durmadan azalır. Bu qrupa yağlı (toxum, alaqanqal, yağları), taxıl (buğda, qarğıdalı, arpa, çovdar, yulaf), heyvandarlıq məhsulları (diri qaramal, donuzlar, ət və s.) yeyinti (şəkər, qəhvə, kakao - paxlalar) toxuculuq malları (pambıq, yun, ipək, iplik), təbii kauçuk və taxta məmulatları daxildir. Digər məhsulların arasında kartof və dondurulmuş konsentrat portağal şirəsinu qeyd edə bilərik.

Sənaye və yarımfabrikatların xammal qrupuna enerji daşıyıcıları (neft, benzin, mazut, dizel yanacağı) qiymətli metallar (qızıl, gümüş, platin, palladi) və əlvan metallar (mis, alüminium, sink, qurğuşun, nikel, qalay) daxildir.

Birja mallarının strukturuna bir sıra amillər, o cümlədən də elmi-texniki tərəqqi təsir edir. Onun sayəsində çoxlu sayda birja mallarının süni və sintetik mənşəli əvəzediciləri yaranmışdır. Rəqabət bu mallar arasında qiymətlərin sabitləşdirilmə­si­nə, birja dövriyyəsinin azaldılmasına kömək edir. Yun bazarının timsalında bunu yaxşı görmək olar, burada sazişlərin həcmi son onillikdə dəfələrlə azalıb, bir çox aparıcı birjalarda isə onunla ticarət dayandırılıb.

Elmi - texniki tərəqqi nəticəsində ən yeni texniki vasitələrdən istifadə etməklə malların keyfiyyəti yüksəldilmişdir. Bu isə bəzi taxta malları və qiymətli metalların birja ticarətində dairəsini genişləndirməsinə imkan vermişdir.

Müasir əmtəə birjalarında dövriyyəyə təkcə hiss olunan mallar deyil, həm də hiss olunmayan dəyərlər də cəlb edilmişdir. Əməliyyatlar müqavilələr, valyuta, bank faizlərinin qiymət indeksləri üzrə aparılır. Bu əməliyyatlar əmtəə birjalarında təxminən 70-ci illərdən sonra aparılmağa başlayıb.

ABŞ-ın dövlət borcunun artması faiz dərəcələrinin stabilləşməsinə kömək etmişdir.

Dövrün tələblərinə cavab vermək üçün dünyanın aparıcı birjaları, ilk olaraq Çikaqo ticarət birjası maliyyə vəsaiti üzrə fyuçers sazişlərini yayırlar ki, bu isə öz növbəsində maliyyə institutlarına qiymət risklərinin öhdəsindən gəlmək imkanını vermişdir. İlk fyuçers sazişləri üzrə müqavilələr 70-ci illərdə dövlət milli girov assosiasiyasının (ABŞ) sertifikatları üzrə bağlanmışdır. Sertifikatlar girov biznesi sahəsində fəaliyyət göstərən sahibkarlar və Çikaqo birjasının birgə səylərinin bəhrəsi idi. Müqavilənin hazırlanması üçün bir neçə il intensiv iş lazım oldu və bu müqavilələr üzrə ticarət 1975-ci ilin oktyabrında başlandı.

Maliyyə alətləri üzrə ilk maliyyə fyuçersləri ticarəti artaraq daha çox çeşiddə müxtəlif maliyyə vəsaiti, müddətli xəzinə öhdəlikləri və xəzinə biletlərinin dəyəri və ya bələdiyyə istiqrazlarını əhatə etmişdir.

Nəticədə, daim inkişafda olan çeşidli əmtəə birja əməliyyatları yarandı. Hesab­la­malara görə, ABŞ birjalarında aparılan əməliyyatların 70%-i son 10-15 il ərzində təsdiq edilmişdir.

Əmtəə fyuçers sazişləri 70-cı illərin sonuna qədər aparıcı rol oynayıb. Tədricən onların payı azalıb, maliyyə fyuçerslərinin payı isə kəskin artıb. Fyuçers birjalarında sazişlərin ümumi sayının hazırda 3/5 –i onların üzərinə düşür.

İndi əmtəə fyuçersləri və opsion müqavilələrinin arasında yanacaq malları, qiymətli və əlvan metallar xüsusi yer tutur. Kənd təsərrüfatı malları üçün fyuçers ticarətinin həcmi (qəhvə, kakao, pambıq, şəkər) xeyli azalmışdır. 1991-1992-ci illərdə bu müqavilələr üzrə ticarət sahəsində kəskin azalma baş vermişdir. Ümumilikdə kənd təsərrüfatı malları üzrə ticarətin həcmi çox dəyişmişdir.

Braziliyada yerləşən hələ 1991-ci ildən təşkil olunmuş birjada kofe, pambıq və mal ətini satılır, Filippində isə yerli istehsalçılar və satıcılar Manila beynəlxalq fyüçers birjasında qənd, kofe soya və s. məhsullar üzrə ticarət edirlər. Honkonqdakı əmtəə birjası yerli xarakter kəsb edir. Argentinadakı əmtəə birjası haqqında da eyni sözü demək olar.

Beynəlxalq birja ticarəti parlaq coğrafi konsentrasiyaya malikdir. Aparıcı mərkəzlər necə ki ABŞ, Böyük Britaniya və Yaponiyada idi, indi də belə olaraq qalır. Amerika birjalarının rolu hər yerdə ABŞ birjasından başqa digər ölkələrin birjaları bağlandığı zaman İkinci dünya müharibəsi zamanı artdı və İkinci dünya müharibəsindən sonra da sürətlə artmaqda davam etmişdir. Bu dövrdə əməliyyatların 90% -i onun payına düşmüşdür. ABŞ-da fyüçers və opsion ticarətin üstünlüyü 80-ci illərin ortalarına qədər qalırdı, lakin sonrakı illərdə Avropa və Asiya bazarları fyuçers sazişləri ABŞ-ın ənənəvi bazarlarına rəqib oldu. 1985-1990-ci illər dövründə fyüçers ticarətinin payı ABŞ hüdudlarından kənarda 12,8% -dən 46,8% -ə qədər artmışdır. Fyüçers ticarətinin həcmi Asiyada iki dəfə, Avropada isə isə demək olar ki, üç dəfə artmışdır.

Qeyri - Amerika iştirakçıları ABŞ fyuçers bazarında daha əhəmiyyətli rol oyna­mağa başlamışlar. Belə ki, əmtəə fyüçers ticarət (ABŞ) Komissiyasının məlumatına görə, Amerika bazarında 96 ölkədən olan 2100-dən çox iri operator əmtəə üzrə fyuçers və opsion bazarlarında iştirak etmişdir. Bəzi bazarlarda xaricilərin iştirakı 30% təşkil etmişdir.

Amerika əmtəə birjaları ənənvi olaraq kənd təsərrüfatı məhsulları üzrə, Böyük Britaniya qiymətli metallar, əlvan metallar və enerji daşıyıcıları üzrə, Yaponiya- kənd təsərrüfatı məhsulları üzrə ixtisaslaşmışlarsa da, indi bu ixtisaslaşma bütün üç mər­kəz­də qabarıq xarakterə malik deyildir.

Beynəlxalq əmtəə birjaları ən inkişaf etmiş ölkələrdə olsa da, inkişaf etməkdə olan ölkələrdə də əmtəə birjalarında fyuçers sazişləri aparılır. Sinqapur Beynəlxalq valyuta birjasında ticarət müqavilələri yanaca və qızıl üzrə, - Sinqapur əmtəə birja­sının Assosiasiya birjasında kauçuk üzrə fyüçerslər təşkil olunur. 1990 və 1991-cü illərdə (palma olein, kakao, palma yağı, qalay üzrə) dövriyyənin kəskin azalmasına baxmayaraq qeyri-yanacaq xammal mallarla ticarətdə Kuala-Lumpur əmtəə birjasının böyük rolu vardır. Onun dövriyyəsinin xeyli hissəsi xarici iştirakçı­ların üzərinə düşür. İri birjalardan biri Braziliyada yerləşir ki, 1991-ci ildən ticarəti qəhvə, pambıq üzrə dollar, habelə yerli valyutada aparılır. Filippində yerli istehsalçı­lar və tacirlər qəhvə, şəkər, soya paxlalı bitkilərlə və s. alver edə bilərlər. Honkonqda da əmtəə birjası (soya paxlası və qızıl) var, amma o, yalnız yerli əhəmiyyətə malikdir. Argentinadakı (taxıl üçün müqavilələr) əmtəə birjası haqqında eyni sözləri demək olar.

Hazırda əmtəə ilə fyuçers razılaşmalarının fəallığının inkişaf etmiş ölkələrin şirkətlərinə hiss etməl olar. İnkişaf etməkdə olan ölkələrin və Şərqi Avropa ölkələri­nin şirkətləri tərəfindən birjaların istifadəsi hazırda çox məhduddur, lakin gələcəkdə onların fəallığının artması gözlənilir. İnkişaf etməkdə olan ölkələrdən çox az sayda şirkət və müəssisələr inkişaf etmiş ölkələrin birjalarının üzvüdürlər. Belə ki, London metal birjasında “Çili Kuper Ltd” şirkəti, “Qekamines” (Zair), “МЕМАКО” (Zambi­ya) kompaniyası assosiativ ticarət üzvüdürlər. Bundan başqa, Nyu-york birjası Komeksə üzv olan gümüş üzrə ticarətdə fəallıq edən Meksika Milli bankını qeyd etmək olar. Əksər hallarda bu ölkələrdən olan şirkətlər fyuçers bazarlarında ticarəti vasitəçilərlə həyata keçirirlər.

Lakin inkişaf etməkdə olan ölkələrdən olan müştərilərin əksəriyyəti bir çox vaxt hallarda birjalardan uzaqda yerləşirlər və əsasən vasitəçilərinə güvənirlər. Bir çox hallarda vasitəçi Ticarət evləri olur. Latın Amerikası və Karib hövzəsi ölkələrindən olan şirkətlər qəhvə və kakao, şəkər satışını Nyu-york birjasında brokerlər vasitəsilə sığortalayırlar. Əlvan metalların ixracatçıları olan Latın Amerikası ölkələri birjalarda birbaşa, vasitəçi olmadan işləyirlər. Hasilat və emalla məşğul olan Çili, Peru, Meksika və Braziliyadan olan regional şirkətlər birjalarda birbaşa çalışırlar. Zambiya, Zimbabve və Zairdən olan Afrika şirkətləri birja ticarətində fəal iştirak edirlər. Latın Amerikası ölkələrindən sonra əmtəə birjalarında ən çox fəallıq Çinə məxsusdur ki, bu ölkə taxıl, şəkər, rəngli metallar və yanacaqla ticarət işini aparır.

Birja fyuçers və opsion yanacaq bazarlarında son illər bəzi hallarda dövlət strukturları, məsələn, Meksika maliyyə nazirliyi iştirak etmişdir. Onun məqsədi büdcəyə daxilolmaların müdafiəsi idi. O, Nyu-york əmtəə birjasında xam neftin alın­ma­sına aid fyüçers və opsionları satmış və həmçinin satış opsionlarını almışdı. Bu əməliyyatların xalis mənfəəti çox yüksək oldu, amma marja şəklində hökumət təxminən 200 mln. dollar ödəməli olmuşdu. Braziliya maliyyə nazirliyi də son illərdə məhdud olaraq birja əməliyyatlarının keçirilməsi məşğul olurdu. Belə əməliyyatlar inkişaf etməkdə olan ölkələrin əksəriyyəti üçün əlçatmazdır, çünki onlarda belə məbləğlər (hətta müvəqqəti istifadə üçün) çox vaxt olmur.

Bəzi hallarda fyuçers sazişləri fiziki malların tədarükü üçün istifadə olunur. Məsələn, SSRİ dünya bazarına London birjası vasitəsilə alüminium verirdi. 1980-cı illərin əvvəlində bu üsula Kuba nikelə əl atmışdı.

İri beynəlxalq əmtəə birjaları əsasən ABŞ və Böyük Britaniyanın birjalarıdır.

Dünyanın ən iri əmtəə birjası Çikaqo ticarət birjasıdır (Chicago Board of Trade) ki, bu birja qiymətli metallar (qızıl və gümüş), taxıl (buğda, qarğıdalı, yulaf, paxla), zeytun (soya yağı və soya şrot), ABŞ istiqrazları, bələdiyyə istiqrazları, səhmlərin və istiqrazların indekslərilə fyuçers sazişlərini həyata keçirirlər.

Böyüklüyünə görə ikinci yerdə Çikaqo əmtəə birjası gəlir (Chicago Mercantile Exchange) ki, burada satılan malların sayı çox deyil. Sazişlər - qaramal, donuzlar və ağac məmulatları üzrə bağlanır. Əsas sazişlər ABŞ-ın xəzinə kağızları, valyuta (Avstra­­liya dolları, kanada dolları, funt-sterlinqi, yaponiya iyen) və s. avro üzərinə düşür.

Nyu-York əmtəə birjası (New-York Mercantile Exchange) bağlanmış müqavilə­lərin sayına görə üçüncüdür. Bu birjada müqavilə predmeti - platin və palladium, yanacaq və xam neft, benzin və propan və s.

Nyu-Yorkdakı Komeks (Commodity Exchange) son illərdə əməliyyatların həc­mini azaldıb. Əməliyyatlar qızıl, gümüş və mis, alüminlə, səhm indeksləri ilə aparılır.

Nyu-York qəhvə, şəkər və kakao (Coffee, Sugar & Cocoa Exchange) ticarət birjasında müvafiq mallarla müxtəlif ticarət işi aparılır.

Nyu-York pambıq və sitrus (New-York Cotton & Citrus Exchange) birjasında müqavilələr pambıq, portağal şirəsi konsentratıyla, propanla aparılır. Həmçinin əmə­liy­yatlar ABŞ xəzinə biletlərini, EKYÜ, dolları indeksi ilə aparılır.

Orta Amerika birjası (Midamerica Commodity Exchange) taxıl (buğda, qarğı­da­lı, yulaf, soya - lobya), zeytun, ABŞ dövlət kağızları, valyuta (kanada dolları, funt-sterlinqi, yaponiya iyena, isveçrə franklar), qiymətli metallarla (qızıl, gümüş, platin), iri buynuzlu mal-qara, donuz və s. satış və alış əməliyyatlarını həyata keçirir.

Böyük Britaniyanın ən iri birjası London beynəlxalq maliyyə fyüçers birjası (London International Financial Futures Exchange) ticarəti maliyyə alətləri (səhm indeksləri, valyuta, dövlət qiymətli kağızları) ilə həyat keçirir.

London metal birjasında (London Metal Exchange) əməliyyatlar alüminiumla, mis, nikellə, qalayla, quğuşun və sinklə aparılır. 1988-ci ilə qədər ticarət gümüşlə də aparılıdı, amma sonra dayandırıldı.

London fyüçers və opsion birjası FOKS (Futures & Option Exchange Futures) birjası ticarəti kakao-paxlalarla, qəhvə və şəkərlə aparır.

London Beynəlxalq neft birjasında (International Petroleum Exchange) əməliy­yat Şimal dəniz neft brenti, mazut, dizel yanacağı ilə həyata keçirilir.

Böyük Britaniyada olan “Boltik fyüçers eks çeynj” (Baltic Futures Exchange) donuz əti, kartof, taxıl, soya şrotu ilə kiçik əməliyyatlar aparır.

Yaponiyada ən iri Tokio əmtəə birjasında əməliyyatlar qiymətli metallarla (qızıl, gümüş, platin) aparılır.

Əməliyyatların həcminə görə Sidney fyüçers birjası kifayət qədər böyükdür. Lakin əmtəə əməliyyatları (yun və qaramal) çox cüzi həcmdə aparılır, qalan əməliy­yatlar bank vekselləri və dövlət qiymətli kağızları və səhm indeksləri üzərinə düşür.

Fransada ən iri Paris birjası - MATİF. Onun əməliyyatlarının əsas payı dövlət istiqrazları üzərinə düşür, əmtəə müqavilələrinin (şəkər, kartof və kakao-paxlalar) həcmi azdır.

Hazırda ən iri əmtəə birjalarını iki növə ayırmaq olar: universal və ixtisaslaş­dırıl­mış.

Universal olan: Çikaqo ticarət birjasıdır (Chicago Board of Trade), Çikaqo əmtəə birjasıdır (Chicago Mercantile Exchange), «Boltik fyüçers eks çeynj» (Baltic Futures Exchange) (Böyük Britaniya), Tokio əmtəə birjası, Sidney fyüçers birjası, Sinqapurun beynəlxalq valyuta birjası və əmtəə birjasıdır (k/t, qızıl, səhm indeksləri).

İxtisaslaşdırılmış birjalar geniş və ya dar profilli ola bilər. Nyu-Yorkdakı və Londondakı metal ticarəti birjaları, Londonda və Nyu-Yorkdakı eneri daşıyıcıları, Parisdəki MATİF, Londondakı FOKS birjası və Beynəlxalq neft və bir çox digərləri geniş profilli birjalardır.

Dar ixtisaslaşdırılmış birjalara “Kanzas siti board of treyd” taxıl birjası (ABŞ), şəkər və kauçuk, toxuculuq xammalı üzrə yapon birjalarını aid etmək olar. Amma bu cür birjaların sayı azalır, onların bir çoxu ilə digərləri ilə birləşir və ya öz mallarının dairəsini genişləndirirlər.

Ticarətdə rolundan asılı olaraq birjaları beynəlxalq, regional və milli birjala­ra bölmək olar.

Əmtəə birjalarının beynəlxalq xarakteri bir neçə meyarlarla müəyyən edilir.

İlk növbədə bu mərkəzlər hər hansı bir məhsula beynəlxalq tələbi təmin edir, onların qiyməti isə tələb-təklifdən asılı olaraq dəyişir. Bu zaman malın özü fəal ticarət predmeti olmalıdır. Bu baxımdan bir çox yapon birjaları ekzotik mallarla (məs.: qırmızı paxlalar və s.) əməliyyat apardığından beynəlxalq sayılmırlar.

İştirakçıların azlığı və əməliyyatların kiçik həcmi də birjanı beynəlxalq status­dan məhrum edir. Birjanın beynəlxalq statusu sərbəst valyuta, ticarət və vergi rejimlə­ri­ni nəzərdə tutur ki, bu xarici iştirakçıların birja ticarətində iştirak etməsini təmin etməkdə mühüm rola malikdir.

Valyuta və vergi məhdudiyyətlərin olması uzun müddət ərzində Yaponiya birja­la­rının beynəlxalq meydan çıxmasına mane olurdu. Yalnız 80-cı illərdə valyuta reji­mində olan dəyişikliklər Тokio birjasının beynəlxalq xarakter almasına səbəb oldu.

Regional birjalar əməliyyatların aparılmasına görə daha çox dar iştirakçıları üçün meyllidir. Belə birjalar bir neçə ölkənin bazarlarına xidmət edir. Londondakı «eks çeynj Boltik» buna misal ola bilər ki, əməliyyatlar taxıl ilə Aİ, Sidney, Sinqapur və bir sıra sıraları çərçivəsində aparılır.

Milli birjalara Yaponiya, Braziliya və hətta bəzi Amerika birjaları aid edilir. Onlar daxili bazara istiqamətlənmiş əməliyyatları aparır, bu zaman ticarət və vergi rejimləri məhdudiyyətləri xarici şəxslərin əməliyyatlarda iştirakını və arbitraj söv­dələş­mələrinin keçirilməsini mümkünsüz edir.

İnkişaf etməkdə olan ölkələrdə hələ də real mal üzrə birjalar qalmaqdadır. Onların əksəriyyəti özlüyündə əvvəlki dövrlərdə olduğu kimi yerli bazara xidmət edən topdansatış ticarətin forması kimi qalmaqdadır.

Hazırda dünyada birja ticarətinin aparılmasının iki metodu vardır:

Birincisi kütləvi, bəzən dublyaj edilən jestlərlə, səs qışqırıqları ilə bağlanır;

İkincisi isə «pıçıltı ilə» ticarət olub, yalnız Yaponiya və Cənub-Şərqi Asiyanın bəzi birjalarının təcrübəsində istifadə olunur.

Birja praktikasında açıq ticarət ikiqat hərrac prinsipləri əsasında aparılır. İkili hərrac zamanı alıcıların təklifləri satıcıların təklifləri ilə üzləşir. Sövdələşmə zamanı qiymətlər satıcının və alıcının təklifləri əsasında formalaşır.

İkiqat hərrac metodu qiymətin müəyyən edilməsinin ən səmərəli variantıdır, təklif­lər cari tələb olduğu halda açıq alver sayılır.

İkili hərrac qaydalarını bütün birjaların təcrübəsində müşahidə etmək olar.

Alıcıların və satıcıların təklifləri yüksək səslə bildirilir. Hər birjada ticarət işinin rahatlığı üçün ticarət tərəfdaşı ilə məbləğin qiymətinin minimum dəyişməsi razılaş­dırı­lır. Bu zaman qaydalarda adətən deyilir ki, satıcılar alver zamanı böyük qiymət deyə bilmirlər, alıcılar isə az qiymət deyə bilmirlər. Məsələn, əgər kimsə qiymət olaraq 4,5 dollar elan edibsə, onda başqaları da 4,5 dollar səsləndirə bilərlər. Nəticədə qiymətlər tələb-təklif əsasında bir-birinə doğru hərəkət edir.

Bəzən bir neçə iştirakçı hərracın gedişində eyni qiymət təklif edir. Bu halda qiyməti birinci qışqırmış tacir üstün hüquqa malik olur. Əgər birinciliyi müəyyən etmək mümkün deyilsə, onda üstünlük ən böyük təklif edən brokerə verilir. Bu halda digər brokerlər öz müştərilərinin sifarişini yerinə yetirənlər kimi çıxış edirlər və müvafiq broker kontoru sifarişi yerinə yetirmədiyinə görə müştəri qarşısında məsuliy­yət daşımır.

Satıcıların və alıcıların təklif etmək üçün qışqırıqlarının müxtəlif qaydası müəyyən edilib: əvvəlcə alıcılar, sonra satıcılar, sonra isə əksinə qiyməti qışqırırlar.

Brokerlər müqavilə bağlandıqdan sonra məlumat verməlidirlər.

Bütün müqavilələr qeydiyyata alınmalıdır ki, ticarətçilər lazımı məlumatları eyniləş­dirmək imkanına malik olsunlar. Hər bir tacirin onun hansı ticari güzəştlərdən istifadə edə bildiyini bildirən nişana malikdir. Belə ki, Çikaqo ticarət birjasında sarı nişanlar, qırmızı işarələr assosiativ üzvlüyü, yaşıl işarələr üzvləri və qara işarələr kimin (əmtəə müqavilələri üzrə opsionu bazarı) üzvləri olduğunu bildirir. Hər bir nişandakı şifr ildən çox olmayaraq üç hərfə malikdir, onun köməyi ilə hər bir ticarətçi öz müqaviləsini qeydiyyata alır.

Birja qaydaları tacirlər üçün xüsusi forma olmasını nəzərdə tutur. Personal əməliyyat zalında yüngül geniş jaketlər və qalstuk daşımalıdır, çünki adi kostyum işlərin spesifik xüsusiyyətlərinə uyğun deyildir.

Əməliyyat zalının içində bir-birlərini tapa bilsinlər deyə brokerlərin jaketləri eyni rəngdə olmalı, üzərində şirkətlərinin adları yazılmalı və bəzən isə onlara aid reklam şüarları olmalıdır. Bir çox hallarda uniforma idman komandalarını xatırladır.

Müxtəlif birjalarda müxtəlif işarələr sistemi qəbul edilmişdir, amma ümumi məqamlar da var. Bir çox Amerika birjalarında alış və ya satış niyyətini tacirin əlindəki fırça vəziyyəti göstərir: Əgər o əlini özünə tərəf saxlayırsa alıcı kimi çıxış edir, əgər o əlini adımda saxlayırsa satıcı kimi çıxış edir. Barmaqlarla satmaq və ya almaq niyyəti, brokerin müqavilələrinin sayı göstərir. Üfüqi vəziyyətli əllər və barmaqlar brokerin alış və ya satışın son qiymətini elan etməsini bildirir. Bu zaman barmaqlar aşağı olanda “qiyməti salmaq”, amma yuxarı olması “qiymət qaldırmaq” deməkdir. Əlini sinəsində olanda “qiymətin aşağı” olması qeydə alınmışdır deməkdir.

1974-ci ildə Nyu-York əmtəə birjasının ümumi dövriyyəsinin 77%-i üçün fyuçers sazişləri üzrə müqavilələr kartof məhsuluna aid idisə, hazırda isə birjanın bütün dövriyyəsinin 80%-ə yaxını neft və neft məhsulları üçün fyuçers sazişləri üzrə müqa­vilə­lər təşkil etmişdir.


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin