MahirəNərimanqızı



Yüklə 4,11 Mb.
Pdf görüntüsü
səhifə230/884
tarix02.01.2022
ölçüsü4,11 Mb.
#2411
1   ...   226   227   228   229   230   231   232   233   ...   884
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

 

Ümumi psixologiya. Psixologiya 



178 

SosiallaĢma  prosesində  fərd  sosial    qrupun  tələbatlar  sistemini,  onların 

ödənilməsi  yol  və  vasitələrini  də  mənimsəyir.  Mədəni  tələbatlar  öz 

məzmunu etibarı ilə sosial tələbatlardır. Ona görə də Ģəxsiyyət ən təbii 

ehtiyaclarını  belə  daxil  olduğu  sosial  qrupun  mədəniyyəti  çərçivəsində 

ödəyir.  Beləliklə,  cəmiyyətin  tarixi  inkiĢaf  səviyyəsindən  asılı  olaraq, 

orada  yaĢayan  adamların  tələbatlar  sistemi  istər  məzmun,  istərsə  də 

forma nöqteyi- nəzərindən bir-birindən fərqlənirlər.  

Tələbatları,  onların  məzmunlarının  səciyyəsinə  görə  təsnif 

edərkən  maddi  və  mənəvi  tələbatları  müəyyənləĢdirirlər.  Maddi 

tələbatlar-maddi  ehtiyaclardan  doğur.  Mənəvi  tələbatlara  insanların 

siyasətə, əxlaqi davranıĢa, dinə, elmə, incəsənətə   və s.  olan tələbatları 

daxildir.  

Maddi  və  mənəvi  tələbatlar  bir-birilə  ayrılmaz  surətdə  bağlıdır. 

Mənəvi  tələbatların  təmin  olunması  üçün  daima  maddi  Ģeylərin  olması 

tələb  edilir  ki,  bunlar  da  öz  növbəsində  maddi  tələbatların  predmetini 

təĢkil edir.  

Buradan isə aydın olur ki, mənĢəyinə görə təbii olan tələbat, eyni 

zamanda  predmetinə  görə  maddi  tələbat  ola  bilər.  MənĢəyinə  görə 

mədəni olan tələbat predmetinə görə ya maddi, ya da mənəvi ola bilər. 

Deməli, həmin təsnifat tələbatların olduqca müxtəlif növlərini əhatə edir 

və  onların  insan  Ģüurunun  inkiĢaf  tarixinə  və  yönəldikləri  obyektlərə 

münasibətini ifadə edir.  

  ġəxsiyyətin  davranıĢ  motivləri.  Qeyd  etdiyimiz  kimi, 

tələbatlar  Ģəxsiyyətin  davranıĢının,  fəallığının  mənbəyini  təĢkil  edir. 

Məhz  buna  görə  də  onlar  insanı  fəaliyyətə  təhrik  edən  səbəblər,  baĢqa 

sözlə  motivlər  rolunu  oynayır.  Motiv  (latınca  movero-hərəkətə  gətirən) 

insanı  hər  hansı  bir  məqsədəyönəlmiĢ  iĢə,  fəaliyyətə  təhrik  edən 

səbəbdir. 

Təcrübə  göstərir  ki,  motivlər  bir-birindən  onlarda  təzahür  edən 

tələbatların  növünə,  onların  kəsb  etdiyi  formalara,  geniĢliyinə  və  ya 

məhdudluğuna, onların reallaĢdığı  fəaliyyətin konkret məzmununa görə 

fərqlənir.  Fəaliyyətin  mürəkkəb  növləri,  bir  qayda  olaraq  bir  motivə 

deyil, eyni vaxtda bir necə təsir göstərən və qarĢılıqlı təsirdə olan motivə 

cavab  verir  ki,  bunlar  da  insanın  hərəkət  və  əməllərinin  ĢaxələnmiĢ 

motivləĢmə  sistemini  təĢkil  edir.  Motivləşmə  elə  motivlər  birliyidir  ki, 

Ģəxsiyyətin  istiqamətini,  yönəliĢliyini  müəyyən  etməklə  onun 

fəaliyyətinin səmərəliliyini də Ģərtləndirir. 

Əvvəlki  fəsildə  qeyd  etdiyimiz  kimi,  motivləri  dərk  edilən  və 




Yüklə 4,11 Mb.

Dostları ilə paylaş:
1   ...   226   227   228   229   230   231   232   233   ...   884




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin