Diqqətin paylanması eyni zamanda 2 və ya daha çox
fəaliyyət növünü (və ya müxtəlif iĢləri) həyata keçirmək
qabiliyyəti ilə müəyyən olunur. Diqqətin paylanmasının zəruri
Ģərtlərindən biri odur ki, bu zaman icra olunan fəaliyyətlərdən
biri avtomatlaĢmalı, yəni Ģüurun xüsusi nəzarəti olmadan
həyata keçirilməlidir.
Diqqətin paylanması insanın psixoloji və fizioloji
vəziyyətindən çox asılıdır. Yorğunluq halında, diqqətin daha
çox mərkəzləĢməsini tələb edən fəaliyyət növlərinin həyata
kecirilməsi zamanı diqqəti paylamaq çətin olur.
Bununla belə, diqqətin paylanması səviyyəsi eyni
zamanda icra edilən fəaliyyət növlərinin xarakterindən,
onların mürəkkəblik dərəçəsindən, həmin fəaliyyət növləri
sahəsində insanın bacarıq və vərdiĢlərinin avtomatlaĢma
səviyyəsindən də asılı olur.
|