www.elmler.net
-
Virtual İnternet R
esurs
Mərkəz
i
Ümumi psixologiya. Psixologiya
35
dramaturqlar: S.Vurğun, S.Rüstəm, M.Ġbrahimov, S.Rəhimov,
Ġ.Əfəndiyev, S.Rəhman, R.Rza, M.Hüseyn və onlarla digərləri
yazıb yaratdılar.
Onlarla teatr fəaliyyət göstərdi. Elmlər Akademiyası
yaradıldı. Ölkə baĢdanbaĢa elektrikləĢdirildi və s.
Bütün bunlar məhz sovet hakimiyyəti illərində Azərbay-
canın, Azərbaycan xalqının böyük, tarixi uğurları idi.
XX əsrin sonlarında – 1991-ci ildə SSRĠ dağıldı. Yeni
müstəqil dövlətlər yarandı. Azərbaycan xalqı da əsrlər boyu
arzuladığı, uğrunda mübarizə apardığı müstəqilliyi 1991-ci il
oktyabr ayının 18-də elan etdi. Bununla da ölkəmizin, xalqımı-
zın həyatında yeni bir mərhələ – müstəqillik, suverenlik mərhə-
ləsi baĢladı.
Azərbaycanda psixoloji fikrin beşinci mərhələsi də bu
illərdən baĢlanır. Müstəqillik sevinc və arzuların reallaĢmasıdır.
Lakin bu sevinc digər tərəfdən də qəm-kədər, ümidsizlik, çaĢ-
qınlıqla birlikdə gəldi. Torpaqlarımızın bir hissəsini müvəqqəti
də olsa itirdik. Bir milyona yaxın qaçqın və köçkünümüz var.
Qaçqın və köçkün düĢdüyümüz torpaqlarla yanaĢı o yerlərin
mədəniyyət abidələrini də itirdik. O yerlərdə yaĢayan insanların
özünəməxsus adət-ənənələri, həyata baxıĢları, həyat tərzi də
deformasiyaya uğradı.
Ġdeoloji, iqtisadi sistem dəyiĢdi. Ġnsanlar həyat və düĢün-
cə tərzini dəyiĢməli oldu. Ümumi mülkiyyəti xüsusi mülkiyyət,
ümumi bərabərliyi, sosial bərabərsizlik əvəz etdi. Varlılar və
kasıblar təbəqəsi yarandı. Bir tərəfdən keçmiĢimizə, soykökü-
müzə qayıdıĢ, digər tərəfdən müasirləĢmə, Qərbə inteqrasiya
etməyin zəruriliyi səsləndi.
Yeni dövrün psixologiyası yaranmağa, inkiĢaf etməyə
baĢlayıb. Onun necəliyinin qiymətləndirilməsinə isə zaman,
|