www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
86
86
yüldən yaradıcılıqla yaradılır. Ədəbiyyat, incəsənət yaradıcı
əmək adamları belə obrazlı təfəkkürə malikdir.
Nəzəri anlayıĢlar və nəzəri obrazlı təfəkkür yanaĢı
mövcuddur. Onlar bir-digərini qarĢılıqlı tamamlayır, qarĢılıqlı
əlaqədə olan varlığın müxtəlif tərəflərini aĢkarlayır. Nəzəri
anlayıĢlar təfəkkürü mücərrəd olsa da, gerçəkliyi ümu-
miləĢmiĢ, həm də daha düzgün əks etdirir.
Əyani-obrazlı təfəkkür zamanı fikri proseslər fikirləĢən
insanın ətraf aləmi qavraması ilə birbaĢa bağlıdır və onsuz icra
olunmur. Fikir hissi – əyani olaraq, insanı gerçək aləmə
bağlayır. Qısamüddətli və operativ hafizədə təmsil olunan
obrazlar təfəkkür üçün zəruridir.
Təfəkkürün bu növündən istifadə etdikdə adam qav-
radığı cisim və hadisələrin, icra etmiĢ olduğu praktik iĢin
surəti əsasında fikirləĢir. Təfəkkürün bu növü bağça yaĢlı
uĢaqlarda özünü qabarıq Ģəkildə göstərir.
Nəzəri obrazlı təfəkkür obrazları uzunmüddətli hafi-
zədən əldə edir, sonra dəyiĢdirir. Bu təfəkkür forması mək-
təbəqədər və kiçik məktəb yaĢlı uĢaqlara xasdır. Praktik
fəaliyyətlə məĢğul olan yaĢlı insanlara da bu təfəkkür növü
xasdır.
Əyani-əməli təfəkkürün xüsusiyyəti ondan ibarətdir ki,
təfəkkür prosesləri praktik dəyiĢdirmə fəaliyyəti xarakteri
daĢıyır və insan onu real predmetlərlə icra edir. Məsələ həlli
zamanı əsas Ģərt müvafiq predmetlərlə uyğun iĢ görməkdir.
Adətən bu cür təfəkkür konkret praktik fəaliyyətdən kənara
çıxa bilmir, həmin fəaliyyətin icrası prosesində baĢ verir. Ona
görə də bu cür təfəkkürü eyni zamanda praktik təfəkkür də
adlandırırlar. BəĢəriyyətin tarixi inkiĢafı prosesində birinci
növbədə əyani-əməli (praktik) təfəkkür özünü göstərir. Üç
yaĢına qədərki uĢaqlarda da təfəkkür əsasən əyani əməli
xarakter daĢıyır. Bu təfəkkür növü istehsal proseslərində
çalıĢan adamlara da məxsusdur və nəticəsi konkret məhsulun
hazırlanmasından ibarətdir.,
Dostları ilə paylaş: |