www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
83
83
83
83
83
83
83
83
83
hərəkət planında doğulur. Mücərrədə gedən yol konkret
əĢyalara olan münasibətlərdən keçir, fikir konkretdən
ayrılmayaraq, daim və zəruri olaraq ona qayıdır. Konkretə,
Ģeyə, hadisəyə, qayıdıĢ fikrin mücərrəd yolundan keçir. Bu hal
həmiĢə idrakın zənginləĢməsi ilə baĢa çatır. Konkretdən
aralanan fikri proses və ona abstrakt vasitəsi ilə qayıdan, idrak
konkret olanı fikrən yenidən qurur və məzmunu
zənginləĢdirir. MücərrədləĢmə konkretdən keçir və konkret
mücərrəd vasitəsi ilə dərk olunur, idrak prosesləri ikiqat fikri
hərəkətlər vasitəsi ilə baĢ verir.
ÜmumiləĢdirmə fikri proseslərin daha mürəkkəb
əməliyyatlarındandır.
ÜmumiləĢmə hərəkət planında doğulur, fərd eyni
ümumiləĢdirmə hərəkəti ilə bir neçə müxtəlif oyadıcılara
cavab verir, onları müxtəlif situasiyalarda ümumilik
xüsusiyyətləri əsasında yaradır. Müxtəlif situasiyalarda eyni
hərəkət müxtəlif hərəkətlərin vasitəsi ilə tez-tez icra oluna
bilər və bütün hallarda eyni, ümumi hərəkət sxemlərini
saxlayır. ÜmumiləĢdirmə mücərrədləĢmiĢ mahiyyət xarakterli
əlamətləri ona aid olan predmetlər sinfi və hadisələrlə
birləĢdirir. AnlayıĢ fikri ümumiləĢmə formalarından biridir.
KonkretləĢdirmə – ümumiləĢməyə əks istiqamətli
hərəkətdir. KonkretləĢdirmə anlayıĢların müəyyənləĢməsində
tək-tək Ģeylərin və hadisələrin müəyyən sinfə aidliyini
göstərir. KonkretləĢdirmə ümumi vəziyyətə və ya hər hansı
anlayıĢa müvafiq olan tək haqqında təsəvvürdür. Konkret
təsəvvürlərdə hadisə və predmetlərin müxtəlif əlamətlərindən
azaltmalar baĢ vermir, əksinə bu predmetlər özünün
çoxobrazlılığı ilə əlamət və xüsusiyyətləri ilə, bir əlamət
digəri ilə əlaqədə konkret ifadə edilir. Ümumi anlayıĢları
konkretləĢdirərək biz onu daha yaxĢı baĢa düĢürük. «Stol»
anlayıĢını konkretləĢdirərək biz onu «yazı masası», «yemək
masası», «iĢ stolu» kimi ifadə edirik.
|