IV. 12. 3. Təxəyyül surətlərinin yaradılması
prosesi
Təxəyyül surətlərinin yaradılması prosesi mühüm
fikri proseslər olan təhlil-tərkib fəaliyyəti ilə bağlıdır. Təhlil
və tərkib (analiz və sintez) təkcə təfəkkür fəaliyyətinin əsasını
deyil, həm də təxəyyül surətlərinin yaradılmasının əsasını
təĢkil edir. Bu cəhət yaradıcılığın bütün sahələrində həm elmi,
texniki, həm də ədəbi yaradıcılıq sahəsində çox aydın Ģəkildə
özünü göstərir.
Yazıçı bu və ya digər surəti yaratmaq üçün müĢahidələr
aparır, həyatda rastlaĢdığı insanları, onların hərəkətlərini
təhlildən keçirir, daha sonra müxtəlif adamlarda müĢahidə
etdiyi xüsusiyyətləri, əlamətləri birləĢdirir.
1
Рубенштейн С.Л. Основы общей психологии. М., 1946, с.329
|