MahirəNərimanqızı



Yüklə 4,11 Mb.
Pdf görüntüsü
səhifə425/884
tarix02.01.2022
ölçüsü4,11 Mb.
#2411
1   ...   421   422   423   424   425   426   427   428   ...   884
aqqlyutinasiya  adlanır.  Aqqlyutinasiya  elə  sintezləĢdirmə 

tərzidir  ki,  bu  zaman  real  həyatda  biri-biri  ilə  birləĢməyən 

müxtəlif  keyfiyyətləri,  xassələri,  hissələri  birləĢdirilərək  yeni 

bir surətin yaradılması prosesi baĢ verir. 

Məsələn,  su  pərisi  surətinin    yaradılması  prosesi  real 

həyatda  birləĢməsi mümkün olmayan  qadının baĢı və balığın 

gövdəsi  kimi  hissələrin  birləĢdirilməsi  əsasında  baĢ  verir. 

Çoxəlli  ilahələrin,  yeddibaĢlı  əjdahaların  obrazlarının 

yaradılması  da  sintezləĢdirmənin  aqqlyutinasiya  deyilən 

tərzinin köməyi ilə edilmiĢdir. 

Təxəyyül  prosesində  özünü  göstərən  sintezləĢdirmə 

tərzlərindən  biri  də  hiperbolizasiyadır.  Hiperbolizasiya 

təxəyyül  obrazlarının  yaradılmasında  mübaliğədən  istifadə 

etmək deməkdir. Mübaliğə iki istiqamətdə gedə bilər: ĢiĢirtmə 

və  kiçiltmə  istiqamətində.  Məsələn,  nağıllarımızda  və 

dastanlarımızda  xalq  öz qəhrəmanlarının  obrazını  yaradarkən 

mübaliğədən  geniĢ  istifadə  etmiĢdir.  Məsələn,  «Koroğlu» 

dastanında belə bir əhvalat nəql olunur ki, Keçəl Həmzə Qıratı 

qaçırandan  sonra  dəyirmanda  Koroğlu  ilə  Dürat  qalır.  Bu 

zaman dəyirmana bir kiĢi iki öküzlə dörd çuval arpa və buğda 

gətirir.  Koroğlu  özünü  dəyirmançı  adlandırır  və  yükü  qəbul 

edir.  Sonra  iki  çuval  arpanı  bir  çuvala  doldurub  Düratın 

qabağına  qoyur,  öküzün  də  birini  kəsib,  kabab  çəkib  yeyir. 




Yüklə 4,11 Mb.

Dostları ilə paylaş:
1   ...   421   422   423   424   425   426   427   428   ...   884




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin