V. 17. 5. Qabiliyyətlərin formalaĢması
Qabiliyyətlər
və
təlim.
Qabiliyyətlərin
formalaĢmasında ən önəmli rolu təlim oynayır. Təbii
imkanlardan danıĢarkən qeyd olunduğu kimi,
qabiliyyətlərin inkiĢafı müxtəlif adamlarda heç də eyni cür
olmayan təbii ilkin Ģərtlərdən asılı olsa da, qabiliyyətlər daha
çox bəĢər tarixinin məhsuludur. Ġnsan bəĢəriyyətin əldə etdiyi
təcrübəni, bilik sərvətlərini mənimsəmədən müvafiq
qabiliyyətlərə yiyələnməsi mümkün deyildir. Bununüçünsə
təlim xüsusi yer tutur. Ġnsanlar təlim prosesində tarixən əldə
edilmiĢ nailiyyətlərə yiyələnməklə, öz qabiliyyətlərini
formalaĢdırırlar. A.V. Petrovski və M.Q.YaraĢevskinin qeyd
etdikləri kimi «qabiliyyətlərin təzahürü insanların tarixən
ictimai tələbatlara cavab vermək məqsədilə əldə etdikləri
müvafiq bilik, bacarıq və vərdiĢlərin formalaĢmasının konkret
iĢ pryomlarından (metodikadan) bilavasitə asılıdır».
|