Qabiliyyətlər
və
maraqlar.
Qabiliyyətlərin
formalaĢmasında təlimlə yanaĢı davamlı xüsusi maraqlar da
mühüm rol oynayır. Xüsusi maraqlar dedikdə, psixologiyada
insan fəaliyyətinn müəyyən sahəsinin məzmununa aid olan,
bu fəaliyyət növü ilə əsaslı məĢğül olmaq meylinə çevrilən
maraqlar nəzərdə tutulur. Bu baxımdan insada yaranan idrak
maraqları onu müvafiq fəaliyyətin üsullarına yiyələnməyə
təhrik edir. Nəticədə idrak maraqlarının təsiri altında
fəaliyyətin mənimsənilməsi baĢ verir, insanın həmin fəaliyyəti
müvəffiqiyyətlə icra etməsi üçün lazım olan imkanları təzahür
edir. Deməli, hər hansı bir fəaliyyət sahəsinə idrak
maraqlarının meydana gəlməsi bu sahədə qabiliyyətlərin
oyanması ilə sıx bağlıdır.
Bütün yaĢ dövrlərində bu cür xüsusi maraqların
təzahürünü müĢahidə etmək mümkündür. Lakin təcrübə
göstərir ki, bu cür maraqlar heç də həmiĢə davamli xarakter
daĢımır. Belə olduqda həmin maraqlar qabiliyyətlərin
formalaĢmasına lazımi təsir göstərə bilmir.
Dostları ilə paylaş: |