www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
267
267
267
267
267
267
267
267
267
Bu dövrdə özünüdərketmənin, mənlik Ģüurunun inkiĢafı bir
neçə istiqamətdə baĢ verir.
Birinci növbədə gənclərin öz daxili aləmləri açılır.
Gənc oğlan və qızlar öz emosiyalarını ətrafda baĢ verən
hadisələrin doğurduğu hal kimi deyil, öz «mən»inin vəziyyəti
kimi qavramağa baĢlayırlar. Öz xüsusiyyətlərini, baĢqalarına
oxĢamamalarını hiss etmək baĢ verir, eyni zamanda təklik
hissi özünü göstərir.
Tədricən, həyata keçirilə bilən bütün arzuları və çox
vaxt həyata keçirilə bilməyən idealları əsasında bir neçə az və
ya çox real fəaliyyət planlarını hazırlamağa baĢlayır və
bunlardan birini seçməli olurlar. Gənclərin həmin həyati
planları onların bütün özünütəyin sahələrini: mənəvi
simalarını, həyat tərzlərini, iddia səviyyələrini, peĢə və
həyatda öz yerlərini seçmələrini əhatə edir. Öz məqsədlərini,
həyati niyyətlərini, həyati planlar qurmalarını dərk etmələri
onların özlərini dərk etmələrinin, mənlik Ģüurlarının mühüm
elementini təĢkil edir.
Bunlarla yanaĢı olaraq bu dövrdə gənclərdə özləri haq-
qında tam təsəvvür formalaĢır. Ġnsanın özünə münasibəti,
birinci növbədə onun öz bədəninin xüsusiyyətlərini, xarici
görkəmini, cəlbediciliyini dərk etməsi, sonra isə özünün
əxlaqi-psixoloji, əqli, iradi keyfiyyətlərini dərk etməsi
əsasında yaranır. Gənclərin özünüqiymətləndirməsi çox vaxt
ziddiyyətli olur.
Müxtəlif fəaliyyət növlərində əldə edilmiĢ nəticələrin
təhlili, onun haqqında baĢqa adamların fikirləri və
özünümüĢahidə, özünün keyfiyyət və qabiliyyətlərini təhlil
etmək sayəsində gənclərdə özünəhörmət kimi ümumiləĢmiĢ
münasibət yaranır.
Ġlk gənclik dövründə iddia səviyyəsinin yüksəlməsi
özünü qeyri-real yüksək qiymətləndirməyə gətirib çıxara bilir.
Dostları ilə paylaş: |