www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
332
332
etmək olar. Həmin funksiyalarla bağlı olaraq müasir dərsə
verilən psixoloji tələblərə nəzər salaq.
ġagirdlərin fəallığının təmin edilməsi müasir dərsə
verilən ən baĢlıca psixoloji tələblərdən biridir. Bu mühüm
tələbin yerinə yetirilməsi, hər Ģeydən əvvəl, təlim prosesində
mənimsəməyə təsir edən amillərin nəzərə alınması zərurətini
irəli sürür. Təlim psixologiyasında belə amillər iki qrupa
bölünür: daxili və xarici amillər.
Dərsdə Ģagirdlərin fəallığını Ģərtləndirən daxili
amillərdən biri onların diqqətinin təĢkil olunmasından
ibarətdir. Müəllim dərsdə Ģagirdlərin diqqətini səfərbər
etməklə yanaĢı onu mənimsənilməli olan anlayıĢların mühüm
əlamətləri üzərinə yönəltməlidir. Müasir dərs elə qurulmalıdır
ki, ən zəruri informasiyalar Ģagirdlərin diqqətindən kənarda
qalmasın.
ġagirdlərin fəallığını təmin etmək, onlarda lazımi və
davamlı bilik və bacarıqlar aĢılamaq üçün dərsdə öyrənməyə,
yadda saxlamağa, öyrəndiklərini tətbiq etməyə qarĢı yönəliĢlik
(ustanovka) yaratmaq zəruridir.
Müasir dərsə verilən psixoloji tələblərdən biri kimi,
mənimsəməyə təsir edən xarici amillərdən düzgün və səmərəli
istifadə olunmasını qeyd etmək olar. Burada dərsdə təlim
materialının çətinlik dərəcəsi, əhəmiyyətliliyi, mənalılığı,
strukturu, emosionallığı ilə yanaĢı, ən səmərəli üsul və
vasitələrdən istifadə olunması da tələb edilir. Müasir dərsi ən
yeni texniki vasitələrdən istifadəsiz təsəvvür etmək mümkün
deyildir. Müasir dərs inkiĢafetdirici xarakter daĢımalıdır.
Bunun üçün dərsdə Ģagirdin yalnız hafizəsinə deyil,
təfəkkürünə xüsusi olaraq istinad edilməlidir. Ona görə də
dərs elə təĢkil edilməlidir ki, Ģagirdləri fikirləĢməyə yönəldə
bilsin. Buna isə dərsdə problemli situasiyanın yaradılması ilə
nail olmaq mümkündür.
Dostları ilə paylaş: |