www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
334
334
Ģagirdin əqli inkaĢafına da təsir göstərir.
Psixoloji ədəbiyyatda problem situasiyanın mahiyyəti,
onun tipləri, dərsdə problem situasiyanın yeri və s. məsələlər
barədə əsaslı fikirlər irəli sürülmüĢdür. Müəllimin dərsdə
yaratdığı situasiyanın dörd tipi qeyd olunur.
Birinci tip problem situasiya ən çox o zaman meydana
gəlir ki, Ģagird əvvəl əldə etmiĢ olduğu biliklərdən yeni
praktik Ģəraitdə istifadə etmək zərurəti qarĢısında qalsın. Bu
zaman Ģagird bilik, bacarıq və vərdiĢinin qənaətləndirici
səviyyədə olmaması faktını dərk edir ki, bu da onun idrak
maraqlarının oyanmasına, yeni biliklər axtarmasına səbəb
olur.
İkinci tip problem situasiya məsələnin mümkün olan
nəzəri həlli yolu ilə seçilmiĢ üsulun praktik olaraq həyata
keçirilməsinin qeyri-mümkünlüyü arasındakı ziddiyyətdən
doğur.
Üçüncü tip problem situasiya tədris tapĢırıqlarını yerinə
yetirərkən əldə edilmiĢ praktik nəticələrlə, Ģagirddə həmin
nəticələri nəzəri olaraq əsaslandırmağa aid biliyin olmaması
arasında ziddiyyət olduqda meydana gəlir.
Dördüncü tip problem situasiya daha geniĢ yayılmıĢ
tipdir. Bu tip problem situasiya o zaman yaranır ki, Ģagird
qarĢıda qoyulmuĢ məsələni həll etmək yollarını bilmir, tədris
və ya həyat situasiyasında yeni faktları izah etməkdə çətinlik
çəkir, daha doğrusu, əvvəlki biliklər yeni faktı izah etmək
üçün kifayət etmir.
Təlim psixologiyası sahəsində aparılmıĢ tədqiqatlar
zamanı müəyyən edilmiĢdir ki, problem situasiyanın ayrı-ayrı
tipləri təfəkkür üçün müxtəlif Ģərait yaradır. Problem
situasiyanın əsas tipləri barədə müəllimin biliyi, Ģübhəsiz, bu
cür situasiyaların yaradılması yollarını müəyyənləĢdirməsinə,
bununla da Ģagirdlərin idrak fəaliyyətini idarə etməsinə Ģərait
yaradır. Məhz buna görə də müəllim dərsi müasir tələblər
səviyyəsinə qaldırmaq üçün həmin cəhətə xüsusi diqqət
yetirməlidir.
|