www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
226
226
Məktəbəqədər yaĢın sonuna doğru uĢaqda tədricən öz
diqqətini idarə etmək imkanı, onu az və çox dərəcədə müstəqil
təĢkil etmək bacarığı özünü göstərir.
Bağça yaĢı dövründə uĢaqların hafizələri də tədricən
qeyri-ixtiyari yaddasaxlamadan ixtiyari yaddasaxlamaya
keçidlə səciyyələnir.
Psixoloqların apardıqları tədqiqatlar göstərmiĢdir ki,
xüsusi olaraq mnemik əməliyyat aparılmasına hazırlanma-
dıqda, baĢqa sözlə təbii Ģəraitdə kiçik və orta bağça yaĢlı
uĢaqlarda yaddasaxlama və yadasalma qeyri ixtiyari xarakter
daĢıyır. Böyük bağça yaĢı dövründə eyni Ģəraitdə tədricən
materialı qeyri-ixtiyari yaddasaxlama və yadasalmadan ixti-
yariyə keçid baĢ verir. Beləliklə bağça yaĢının sonunda
uĢaqlarda yaddasaxlama və yadasalma tədricən ixtiyari
xarakter daĢımağa baĢlayır. Bağça yaĢının əvvəlində qeyri-
ixtiyari görmə-emosional hafizə üstünlük təĢkil edir.
Ġxtiyari hafizənin inkiĢafı uĢaqların qarĢılarına
yaddasaxlama və yadasalma ilə bağlı xüsusi mnemik məqsəd-
lərin qoyulması ilə sıx bağlı olur. Bunun üçün oyun
fəaliyyətindən istifadə daha səmərəli nəticə verir.
Bir qayda olaraq ixtiyari hafizə böyüklərin tərbiyəvi
təsiri sayəsində inkiĢaf edir. Əvvəlcə yaĢlılar uĢağın qarĢısında
nəyisə yaddasaxlama və yadasalma məqsədini qoyur, sonra bu
cür məqsədi uĢaq özü öz qarĢısına qoyur.
Ġlk dövrlər ixtiyari yaddasaxlama təkmilləĢmiĢ xarakter
daĢımır. UĢaq hələ yaddasaxlamanın səmərəli yollarını bilmir.
Lakin bağça yaĢının sonuna doğru uĢaq tədricən bəzi sadə
yaddasaxlama və yadasalma priyomlarından istifadə etməyə
baĢlayır. Məsələn, uĢaq materialı diqqətlə qavrayır, onu
anlamağa, baĢa düĢməyə çalıĢır, bir neçə dəfə təkrar edir,
mümkün olan əlaqəni yaratmağa çalıĢır və s. Təcrübə göstərir
ki, böyük bağça yaĢlı uĢaqlar anladıqları, baĢa düĢdükləri
sözləri daha yaxĢı yadda saxlayırlar.
Nitqin və təfəkkürün inkiĢafı ilə əlaqədar olaraq bağça
|