MahirəNərimanqızı



Yüklə 4,11 Mb.
Pdf görüntüsü
səhifə604/884
tarix02.01.2022
ölçüsü4,11 Mb.
#2411
1   ...   600   601   602   603   604   605   606   607   ...   884
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

244 



244 

Bu dövrdə uĢaqlarda zehni, əxlaqi və estetik hisslər də 

özünəməxsus  Ģəkildə  inkiĢaf  edir.  UĢaqda  hər  Ģeyi  bilməyə, 

öyrənməyə  həvəs,  təlim  zamanı  rast  gəldiyi  çətinliyi  aradan 

qaldırmağa inam, Ģübhə, iĢi icra edərkən özündən razı qalmaq, 

öz  “kəĢfləri”  ilə  fəxr  etmək  və  s.  kimi  hallar  baĢ  verir.  Bu 

dövrdə  vətənə  məhəbbət,  böyüklərə  hörmət,  yoldaĢlıq, 

insanlara  qayğı  və  s.  kimi  əxlaqi  hisslərin  əsası  qoyulur. 

Ümumiyyətlə  kiçik  məktəblilərdə  əxlaqi  hisslər  biliklərə, 

tədricən əxlaqi anlayıĢlara yiyələnməklə əlaqədar inkiĢaf edir. 

Kiçik  məktəb  yaĢı  dövründə  estetik  hisslərin  inkiĢafı,  estetik 

zövqün tərbiyəsi üçün də səmərəli Ģərait yaranır.  

 Kiçik  məktəb  yaĢı  dövründə  uĢaqlarda  iradənin 

inkiĢafı  üçün  də  geniĢ  imkan  yaranır.  Bu  dövrdə  uĢaq  öz 

hərəkətlərini, fikir və arzularını qaydalara tabe etməli olur. Bu 

prosesdə  maneələri  aradan  qaldırır.  I-III  sinif  Ģagirdlərində 

iradi  cəhd  göstərmək  bacarığı  hissediləcək  dərəcədə  artır. 

Ġxtiyari,  iradi  fəaliyyət  inkiĢaf  etməyə  baĢlayır.  UĢağı  iradi 

cəhdə  yönəldən  motivlər  kəskin  Ģəkildə  dəyiĢir.  9-10  yaĢlı 

uĢaqlar  nəyə  qadir  olduqlarını  öz  həmyaĢıdlarına  göstərmək 

istəyirlər.  Bu  dövrdə  hisslərin  və  iradənin  inkiĢafı  uĢaqda 

xarakterin  inkiĢafına  da  əsaslı  təsir  göstərir.  Kiçik 

məktəblilərdə  təlim  və  tərbiyənin  təsiri  altında  xarakterin 

intizamlılıq,  dözümlülük,  təkidlilik  kimi  iradi  keyfiyyətləri 

formalaĢmağa baĢlayır. Təlim və tərbiyənin təsiri altında kiçik 

məktəblilərdə  xarakterin  əməksevərlik,  səliqəlilik,  böyüklərə 

hörmət kimi əlamətləri formalaĢır. 

Kiçik  məktəblilərdə  xarakterin  formalaĢmasında  təlim 

və  tərbiyə  ilə  yanaĢı  onlarda  təqlidə  meyllilik  də  mühüm  rol 

oynayır.  

Bütün  bunlarla  yanaĢı  olaraq  müəllimin  qiymətlən-

dirməsi və təlimdə əldə edilmiĢ uğurlu nəticələrin təsiri altında 

kiçik  məktəblilərdə  özünüqiymətləndirmə  formalaĢmağa 

baĢlayır.  Lakin  bu  hal  sabit  xarakter  daĢımır,  tez-tez  aĢağı 

düĢə bilir.  




Yüklə 4,11 Mb.

Dostları ilə paylaş:
1   ...   600   601   602   603   604   605   606   607   ...   884




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin