www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
242
242
ümumiləĢdirmə və müqayisəyə meyl artır. Kiçik yaĢlı
məktəblilərdə mücərrədləĢdirmənin perseptual və konseptual
səviyyəsi inkiĢaf edərək, onların idrak fəaliyyətində mühüm
rol oynayır. (Ə.Qədirov).
Kiçik məktəb yaĢı dövründə uĢaqlarda təfəkkürün
keyfiyyətləri inkiĢaf edir. Ə.Bayramovun tədqiqatları
göstərmiĢdir ki, əlveriĢli Ģərait yaradıldıqda, hətta I-II sinif
Ģagirdləri idrak obyektlərinin mahiyyətini anlaya bilir, oradan
müəyyən nəticə çıxarmağa, səhvləri, uyğunsuzluqları tapmağı,
onları törədən səbəblər barədə müəyyən mülahizələr
söyləməyə qabil olurlar. Bununla belə kiçik məktəb yaĢlı
uĢaqların hamısı eyni dərəcədə müstəqil və tənqidi düĢünə
bilmirlər.
Bu sahədə Ģagirdlər arasında bir sıra fərdi fərqlər özünü
göstərir. Professor Ə.Bayramovun tədqiqatları kiçik
məktəbliləri təfəkkürün tənqidiliyinin inkiĢaf xüsusiyyətlərinə
görə aĢağıdakı qruplara ayırmağa imkan vermiĢdir:
1) heç bir təhrik olmadan tənqidi düĢünən Ģagirdlər. Bu
cür Ģagirdlər heç bir təhrik olmadan, müstəqil Ģəkildə öz idrak
obyektlərinə tənqidi yanaĢır və buradakı qüsurları,
uyğunsuzluqları görə bilirlər.
2) qismən təhriklə tənqidi düĢünən Ģagirdlər. Bu cür
Ģagirdə sadəcə olaraq idrak obyektində qüsur və ya
çatıĢmazlıq olduğunu dedikdə onu asanlıqla müəyyənləĢdirə
və düzəldə bilir.
3) tam təhriklə tənqidi düĢünən Ģagirdlər. Bu cür
Ģagirdlər yalnız onlara nədə səhv etdiklərini bildirdikdə
qüsurları müəyyənləĢdirə və aradan qaldıra bilirlər.
4) heç cür təhriklə belə tənqidi düĢünə bilməyən Ģa-
girdlər. Bu cür Ģagirdlərdə təfəkkürün ümumi inkiĢafı aĢağı
səviyyədə olur.
Kiçik məktəb yaĢı dövründə nitqin bütün istiqamətləri
üzrə inkiĢaf baĢ verməklə yanaĢı məktəblilər ilk dəfə olaraq
oxu vərdiĢlərinə və yazılı nitqə yiyələnməyə baĢlayırlar.
ġagirdlərin düzgün yazı vərdiĢlərinə yiyələnmələrinin əsası
|