MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə21/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya 
27 
dıcılığıdır. Bu mənada «Kitabi-Dədə Qorqud» dastanı, S.ġirazi, 
Nizami, N.Tusi, Nəsimi, Füzuli, M.F.Axundov, Sabir, C.Məm-
mədquluzadə və digər mütəfəkkirlərin yaradıcılığı Azərbaycan 
psixoloji fikrinin yaranması, inkiĢafı və formalaĢmasında 
əhəmiyyətli rol oynamıĢdır. Onların yaradıcılıığı bir tərəfdən 
xalqın təfəkkür tərzinin inkiĢafına təkan vermiĢ, digər tərəfdən 
bu əsərlərin özündə həyat reallıqları əksini tapmıĢdır. Yəni 
Azərbaycan xalqının keçdiyi inkiĢaf yolunun mərhələlərini 
müəyyənləĢdirməkdə bu əsərlər gözəl bir mənbədir.
Professor Ə.S.Bayramov yazır: «Hər bir xalq və ya etnos 
özünü düzgün dərk edib qiymətləndirmək və tərəqqiyə nail 
olmaq üçün yalnız özünün sosial-iqtisadi tarixi keçmiĢinə 
deyil, həm də öz psixoloji keçmiĢinə dərindən bələd olmalıdır». 
Azərbaycan xalqının islam dininin Azərbaycana gəliĢinə 
qədərki həyat, məiĢət və təfəkkür tərzi Ģifahi xalq ədəbiyyatın-
da və «Kitabi-Dədə Qorqud» dastanında çox bariz Ģəkildə öz 
əksini tapmıĢdır. 
Dastanda totemizmin, Ģamanizmin, çoxallahlığın xeyli 
açıq və gizli əlamətləri vardır. Əsərdə Basatı aslan bəsləyir və 
eyni zamanda Basat deyir: «Anam adın sorar olsan Qaba Ağac, 
atam adın deyirsən Qocan Aslan, mənim adım sorarsan Aruz 
oğlu Basat». 
Dastan belə baĢlayır: «Xanım hey!» 
Belə bir baĢlanğıc, «hey» nidadır, niskildir, çağırıĢdır. Əl 
çatmayan, ötüb keçmiĢ, yanğı yaradan bir hissdir. Daxilin, 
genin, idrakın uyuĢmadığı bir mühitə düĢərək xiffəti, 
fəryadıdır. 
Tarixçi Gizo yazırdı: «Elə ki, xalqların arxasında uzun və 
Ģərəfli tarix durdu, onlar nə qədər çalıĢsalar da, bu keçmiĢdən 
ayrıla bilməyəcəklər. Onlar hətta bu keçmiĢi məhv etməyə 
çalıĢdıqları zaman belə onun təsiri altında olacaqlar». 
Qədim türklər islamdan qabaq çoxallahlı idilər. Onlar öz 
qılınclarına and içir, suyla xəbərləĢir, qurd üzü mübarəkdir 
deyirdilər. 



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin