MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə24/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya 
30 
tərbiyə ön plana keçdi. ġair, filosof, mütəfəkkirlərin əsərlərində 
nəsihətçilik əsas yer tutdu. Mənəviyyat məsələləri önə keçdi. 
Yalnız mənəviyyat, maddidən imtina çağırıĢları öz təsirini 
göstərdi. Maddiliyin ikinci olması maddiyə maraq və tələbatı 
artırdı. Lakin bu, aĢkar deyil, gizli mahiyyət daĢıdı. Ona görə 
də deyilirdi: «Vaiz özü lüm-lüm udur batində, ancaq zahirdə 
dediyi mənaya bir bax». 
Bu mənada məĢhur hind filosofu Vivekananda gözəl de-
yib: «ġərqin heyrətamiz ruhi nailiyyətlərini Qərbin eyni dərə-
cədə heyrətamiz maddi nailiyyətləri ilə bölüĢdürmək lazımdır». 
Müxtəlif dövrləri, ictimai tarixi Ģəraiti öyrənən əksər təd-
qiqatçılar konkret tarixi Ģəraitdə yaĢayan insanların dünyagörü-
Ģü, Ģəxsiyyəti və mənəviyyatını tədqiq edərkən həmin dövrün 
insanlarının psixologiyasının öyrənilməsini vacib Ģərt kimi irəli 
sürmüĢlər. Belə yanaĢmanın səmərəliliyi bir də ondadır ki, hər 
bir konkret dövr həyat tərzi, mənəvi dəyərləri baxımından bən-
zərsiz, təkrarolunmazdır. Bütün bunlar isə insana özünün 
təsirini göstərir, ictimai-tarixi Ģəraitə uyğun Ģəxsiyyətlər 
formalaĢdırır.
Məlumdur ki, qədim dövrün insanlarının daxili dünyası, 
xarakteri, maraqları, tələbatı orta əsrlərin və müasir dövrün 
adamlarından fərqli olmuĢdur.
Əlbəttə, biz bu fərqləri heç də bütləĢdirmək istəmirik. Bu 
fikri qəbul edirik ki, adət-ənənə, tarixi və mədəni nailiyyətlər 
nəsildən-nəslə keçərək eyni millətə, xalqa, coğrafi məkana 
məxsus insanlarda əsrlər boyu davam edən oxĢar xarakterli, 
dünyagörüĢlü, uyğun psixoloji tipli Ģəxsiyyətlər də formalaĢ-
dırır. 
Nizami, Xəqani, Nəsimi, Füzuli və digər mütəfəkkirlərin 
yaradıcılığında həm qədim türk, həm də islam dəyərləri bir 
tərəfdən qovuĢmuĢ, vəhdətdə götürülmüĢ, digər tərəfdən zid-
diyət təĢkil etmiĢdir. 
Nizami Ģeyxdir, islamın tədqiqatçısıdır. Əsərlərini fars 
dilində yazıb. Amma mənĢəcə, xaraktercə türkdür. O, əsərlə-



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin