www.elmler.net -
Virtual İnternet Resurs Mərkəzi Ümumi psixologiya. Psixologiya
22
Uzun müddət psixologiyanın predmeti
ruh olmuĢdur.
Lakin müxtəlif dövrlərdə ruh anlayıĢı müxtəlif məzmun,
mahiyyət kəsb etmiĢdir. «Ruhi aləm» anlayıĢının əmələ
gəlməsi ibtidai insanların animistik görüĢləri ilə əlaqədardır.
Ġbtidai insanların təsəvvürlərində ruh bədəndən aydın surətdə
ayrılmır. Bu təsəvvürlər həyat fəaliyyəti və Ģüur, o cümlədən
yuxu, ölüm, ürəkkeçmə və s. hadisələrin elməqədərki, primitiv
– materialist Ģərhi nəticəsində əmələ gəlmiĢdi. Belə hadisələrin
səbəbini izah etməkdə çətinlik çəkən ibtidai insanlar onların
bilavasitə qavranılan zahiri cəhətlərini onun əsl mahiyyəti kimi
qəbul edirlər. Qədim insanlara görə insanın ruhu – onun
bənzəridir. Onun tələbatı və adətləri, mövcudluq Ģəraiti canlı
insanlarda olduğu kimidir.
Bununla yanaĢı, hesab edilirdi ki, ruhun baĢlıca
funksiyası bədəni fəallaĢdırmaqdır. Qədim dövrün alimləri –
psixoloqlar hesab edirdilər ki, bədən ətalətdə olan kütlədir və
onu məhz ruh hərəkətə gətirir. Ruh yalnız fəallıq üçün enerji
vermir, eyni zamanda onu istiqamətləndirir, insanın davranıĢını
tənzim edir.
Tədricən ruhun funksiyasına idrak da əlavə olundu.
Beləliklə, fəallığın mənbəyi kimi idrak, onun mərhələləri
psixoloji tədqiqatların mühüm məsələlərinə çevrildi.
Orta əsrlərdə ruhun öyrənilməsi ilə bağlı dini
nəzəriyyələr meydana çıxdı və elmi araĢdırmaları sıxıĢdırmağa
baĢladı. Buna görə də formal olaraq psixologiyanın predmeti
dəyiĢmədi, bədənin fəallığının növləri, idrakın xüsusiyyətləri,
ilk növbədə hissi idrak tədqiq olunurdu. Tənzimedici funksiya,
iradi davranıĢ, məntiqi təfəkkür və s. ilahi iradə, allaha inam
kimi təqdim olunmağa baĢlandı.
Lakin dini ideologiya real aləmə neqativ münasibət
formalaĢdırmıĢdı, haqq-təalaya qovuĢmaq istəyən insandan özü