MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə245/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   241   242   243   244   245   246   247   248   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya
48 
48 
öz əyriliyini dəyiĢir. Məsələn, yaxında olan cisimlərə 
baxdıqda əzələ yığılması baĢ verir və nəticədə göz büllurunun 
gərilmə dərəcəsi azaldığına görə onun forması daha qabarıq 
olur. Qavradığımız cisim uzaqda olduqda isə əksinə hal baĢ 
verir. Bu hal yaxında və uzaqda olan cisimlərin həcmini 
düzgün qavramağa imkan yaradır. Adətən, yaĢ artdıqca büllur 
cismin elastikliyi tədricən azalır və göz özünün akkomodasiya 
qabiliyətini itirir. Nəticədə uzaqgörmə inkiĢaf edir. Ona görə 
də göz büllurunun həmin funksiyasını (gərilmə və açılma 
funksiyasını) eynəkdə qoyulan linzalarla əvəz etmək lazim 
gəlir. 
Akkomodasiya hadisəsi konvergensiya ilə əlaqədardır. 
Konvergensiya görmə oxlarının qavranılan cismin üzərinə 
düĢməsindən ibarətdir. Adətən müəyyən akkomodasiya 
vəziyyəti görmə oxlarının müvafiq qovuĢma dərəcəsini tələb 
edir və əksinə, müəyyən akkomodasiya dərəcəsi görmə 
oxunun bu və ya digər kəsiĢməsinə uyğun gəlir. Bunlar 
olmadan cisimlərin həcmini düzgün qavraya bilməzdik.
Zaman qavrayıĢı.
Zaman da məkan kimi materiyanın 
mövcudluq formalarından biridir. Zaman qavrayıĢı gerçəkliyin 
hadisələrinin obyektiv müddətinin, sürətinin və ardıcıllığının 
inikasından ibarətdir. Zaman qavrayıĢı obyektiv gerçəkliyi əks 
etdirməklə insana, ətraf mühitə bələdiləĢmək imkanı verir. 
Zaman qavrayıĢında müxtəlif analizatorlar iĢtirak edir, 
bununla belə kineztesik (hərəki) və eĢitmə duyğuları əsas rol 
oynayır. Hərəkət duyğuları hadisələrin müddətini, surətini, 
ardıcıllığını daha dəqiq əks etdirməyi təmin edir. Bu duyğu 
ritmin qavranılmasında da mühüm rol oynayır. 
Ritmin qavranılması, adətən hərəkətlə müĢayət olunur. 
Psixoloqlardan B.M.Teplovun yazdığına görə «ritm hissi öz 
əsasına görə hərəki təbiətə malikdir». Ritmi eĢitmək mümkün 
deyil. Biz ritmdən o zaman təsirlənirik ki, biz onu icra edirik. 



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   241   242   243   244   245   246   247   248   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin