www.elmler.net -
Virtual İnternet Resurs Mərkəzi Ümumi psixologiya. Psixologiya 48
48
öz əyriliyini dəyiĢir. Məsələn, yaxında olan cisimlərə
baxdıqda əzələ yığılması baĢ verir və nəticədə göz büllurunun
gərilmə dərəcəsi azaldığına görə onun forması daha qabarıq
olur. Qavradığımız cisim uzaqda olduqda isə əksinə hal baĢ
verir. Bu hal yaxında və uzaqda olan cisimlərin həcmini
düzgün qavramağa imkan yaradır. Adətən, yaĢ artdıqca büllur
cismin elastikliyi tədricən azalır və göz özünün akkomodasiya
qabiliyətini itirir. Nəticədə uzaqgörmə inkiĢaf edir. Ona görə
də göz büllurunun həmin funksiyasını (gərilmə və açılma
funksiyasını) eynəkdə qoyulan linzalarla əvəz etmək lazim
gəlir.
Akkomodasiya hadisəsi konvergensiya ilə əlaqədardır.
Konvergensiya görmə oxlarının qavranılan cismin üzərinə
düĢməsindən ibarətdir. Adətən müəyyən akkomodasiya
vəziyyəti görmə oxlarının müvafiq qovuĢma dərəcəsini tələb
edir və əksinə, müəyyən akkomodasiya dərəcəsi görmə
oxunun bu və ya digər kəsiĢməsinə uyğun gəlir. Bunlar
olmadan cisimlərin həcmini düzgün qavraya bilməzdik.
Zaman qavrayıĢı. Zaman da məkan kimi materiyanın
mövcudluq formalarından biridir. Zaman qavrayıĢı gerçəkliyin
hadisələrinin obyektiv müddətinin, sürətinin və ardıcıllığının
inikasından ibarətdir. Zaman qavrayıĢı obyektiv gerçəkliyi əks
etdirməklə insana, ətraf mühitə bələdiləĢmək imkanı verir.
Zaman qavrayıĢında müxtəlif analizatorlar iĢtirak edir,
bununla belə kineztesik (hərəki) və eĢitmə duyğuları əsas rol
oynayır. Hərəkət duyğuları hadisələrin müddətini, surətini,
ardıcıllığını daha dəqiq əks etdirməyi təmin edir. Bu duyğu
ritmin qavranılmasında da mühüm rol oynayır.
Ritmin qavranılması, adətən hərəkətlə müĢayət olunur.
Psixoloqlardan B.M.Teplovun yazdığına görə «ritm hissi öz
əsasına görə hərəki təbiətə malikdir». Ritmi eĢitmək mümkün
deyil. Biz ritmdən o zaman təsirlənirik ki, biz onu icra edirik.