MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə244/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   240   241   242   243   244   245   246   247   ...   613
Məkan qavrayıĢı.
Məkan materiyanın mövcudluq 
formasıdır. Məkanın qavranılması dedikdə cisimlərin obyektiv 
məkan xüsusiyyətlərinin və münasibətlərinin formasının, 
həcminin, relyefinin, fəzada tutduğu yerin, uzaqlığının 
qavranılması baĢa düĢülür. 
Məkanın qavranılmasında bələdləĢmə hərəkət analizatoru 
əsas rol oynayır. Onun köməyi ilə müxtəlif analizatorlar 
arasında əlaqə yaranır. Məkan bələdləĢməsinin xüsusi 
mexanizmlərinə analizator fəaliyyətinin hər iki yarımkürə 
arasındakı sinir əlaqələrini: binokulyar görməni, binaural 
eĢitməni, bimanual lamisəni, dirinik iybilməni və s.aid etmək 
lazımdır. ƏĢyaların məkan xassələrinin inikasında bütün qoĢa 
analizatorlar üçün xarakterik olan asimmetriya mühüm rol 
oynayır. 
Cisimlərin məkan xüsusiyyətlərinin beynimizdə inikası 
mürəkkəb prosesdir. Məkan qavrayıĢında baĢlıca olaraq 
görmə analizatoru iĢtirak edir. Lakin tədqiqat göstərmiĢdir ki, 
bu mürəkkəb prosesdə təkcə görmə deyil, bununla birlikdə 
lamisə, əzələ-hərəkət duyğuları, bəzi hallarda eĢitmə duyğuları 
da iĢtirak edir. Bu duyğuların birgə və qarĢılıqlı fəaliyyəti, 
cisimlərin məkan xüsusiyyətlərini və münasibətlərinin tam və 
dəqiq qavranılmasını təmin edir. Məkanın qavranılmasında 
həyat təcrübəsi də böyük əhəmiyyətə malikdir. 
Cisimlərin həcminin qavranılması onların gözün torlu 
qiĢasında alınan əksinin böyüklüyündən və həmin cisimlərin 
müĢahidəçinin gözündən nə dərəcədə uzaqda olmasından 
asılıdır. Bununla bağlı olaraq uzaqda olan cisimlərin həcminin 
düzgün qavranılması iki cür mexanizmin: akkomodasiya və 
konvergensiya vasitəsilə həyata keçirilir. Akkomodasiya göz 
büllurunun əyriliyinin dəyiĢməsindən asılı olaraq onun iĢığı 
sındırma qabiliyyətinin dəyiĢməsindən ibarətdir. Göz bülluru 
qavranılan cismin yaxın və ya uzaqda olmasından asılı olaraq 



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   240   241   242   243   244   245   246   247   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin