MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə240/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   236   237   238   239   240   241   242   243   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya
42 
42 
O, həyat fəaliyyəti prosesində lamisə və hərəkət duyğularının 
görmə duyğusuna qoĢulması nəticəsində formalaĢır. Belə bir 
fakta diqqət yetirək. Kliniki müĢahidələr göstərir ki, kantuziya 
nəticəsində beyni zədələnmiĢ xəstədə göz almacıqlarının tam 
hərəkətsizliyi əmələ gəldikdə, o ətrafda olan hər Ģeyi iĢıq seli 
kimi duyur. Predmetləri qavraya bilmir. Lakin müəyyən 
müalicə aldıqdan sonra göz almacıqlarının hərəkəti bərpa 
olunur. Ancaq bundan sonra predmetləri qavraya bilir. Bu fakt 
onu göstərir ki, cisimlərin qavranılmasında görmə duyğusu 
ilə yanaĢı hərəkət duyğusunun da iĢtirakı vacibdir. QavrayıĢın 
əĢyaviliyi, onun əĢyaviliyi deyilən keyfiyyəti ancaq bu zaman 
meydana çıxır. 
QavrayıĢın əĢyaviliyi xüsusiyyəti davranıĢın tənzim 
olunmasında mühüm rol oynayır. Adətən insan əĢyaları 
onların görkəminə görə deyil, təcrübədə onlardan necə istifadə 
etdiyimizə, onların əsas xassəllərinə görə xarakterizə edirik. 
Bu isə qavrayıĢın əĢyaviliyi xüsusiyyəti sayəsində mümkün 
olur. Məsələn, biz oyuncaq tapançanı həqiqi tapançadan, 
yaxud bir quĢun müqəvvasını canlı quĢdan ayıra biliriksə və 
onlarla müvafiq Ģəkildə davranırıqsa, burada qavrayıĢın 
əĢyaviliyi xüsusiyyəti özünü göstərir. 
QavrayıĢın digər bir xüsusiyyəti isə onun 
tamlığıdır
.
QavrayıĢ cisimlərin ayrı-ayrı xassələrini, əlamətlərini əks 
etdirən duyğulardan fərqli olaraq cisimlərin tam surəti kimi 
təzahür edir. 
QavrayıĢın 
sabitliyi
 
onun digər bir xüsusiyyətidir. Qav-
rayıĢın sabitliyi qavranılan cismin surətinin, onun dərk edilmə 
Ģəraitinin dəyiĢilməsinə baxmayaraq, sabit qalmasında ifadə 
olunur. Bu daha çox görmə qavrayıĢında özünü büruzə verir. 
Məsələn, eyni bir karandaĢ həm 20 sm, həm də 1 metr 
məsafədə böyüklük etibarı ilə eyni cür qavranılır. 
Yaxud, biz qarĢımızdakı boĢqabı üstdən dairə Ģəklində, 
yandan baxanda isə ellepis Ģəklində görməli idik. Lakin biz 
onu hansı tərəfdən baxmağımıza baxmayaraq dairə Ģəklində 
qavrayırıq. Bu qavrayıĢın sabitliyi ilə əlaqədardır. 



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   236   237   238   239   240   241   242   243   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin