www.elmler.net -
Virtual İnternet Resurs Mərkəzi Ümumi psixologiya. Psixologiya 49
49
49
49
49
49
49
49
49
Zaman obyektiv mövcudluqdur, lakin onun qavranılması
subyektiv xarakterdə olur. Əgər qavradığımız zaman maraqlı
hadisələrlə zəngindirsə, bizə elə gəlir ki, vaxt əslində
olduğundan sürətlə keçir. Əksinə, həmin vaxtda baĢ verən
hadisələr maraqsızdırsa biz vaxtın çox ağır, ləng keçdiyini
zənn edirik. Hadisələrə münasibətimiz keçirdiyimiz hisslər də
zamanın qavranılmasına təsir edir. Hadisələr bizdə müsbət
hisslər yaradırsa vaxt sürətlə keçir. Deməli, zaman qavrayıĢı
çox dəqiq olmur, ona subyektiv amillər təsir göstərir, adam
vaxtı qiymətləndirməkdə ciddi səhvlərə yol verir. Elə buna
görə də vaxtı düzgün qiymətləndirmək üçün saatdan istifadə
edirik.
Hərəkət qavrayıĢı. Hərəkət qavrayıĢı həm məkan,
həm də zaman amillərindən - cismin uzaqlığından, onların
yerdəyiĢmə sürətindən, həm də qavrayanın özünün məkanda
hərəkətindən asılıdır. Məsələn, saatın əqrəbinin hərəkətini
bilavasitə görmək olmur. Onun əvvəlki yeri ilə hazırki yerini
müqayisə etməklə hərəkət etdiyini söyləyirik. Həddən artıq
surətli hərəkətləri də qavramaq mümkün olmur. Hərəkətin
qavranılması bir sıra analizatorların fəaliyyəti ilə bağlıdır.
Belə ki, görmə, hərəkət, eĢitmə analizatorları hərəkətin
qavranılmasında iĢtirak edir.
Hərəkətin qavranılmasında hərəkətin müxtəlif xassə və
xüsusiyyətləri əks olunur. Məsələn, hərəkətin səciyyəsi
(əyilmə, qalxma), forması (düzxətli, əyrixətli), istiqaməti
(aĢağı, yuxarı, sola, sağa), müddəti (uzun, yoxsa qısa müddət),
sürəti (cəld, ağır və s.).
Qarşıda məqsədin olub-olmasından asılı olaraq qavrayıĢın iki növü mövcuddur: