MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə261/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   257   258   259   260   261   262   263   264   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya
66 
66 
hadisələrin hafizədə hifz olunması baxımından fərqli cəhətləri 
çoxdur. Birincinin xatırlanması asan, ikincininki isə xeyli 
çətin və nisbətən uzun vaxt tələb edən prosesdir.
Qısamüddətli hafizə ilə uzunmüddətli hafizənin fərqi 
təxminən belədir: «Əvvəlki sözünüz necə oldu?» – qısamüd-
dətli hafizə. «Keçən həftənin bazar günü naharda nə 
yemiĢdiniz?» – uzunmüddətli hafizə. Yeni materialın uzun-
müddətli hafizəyə daxil olması və sonra yada salınması xeyli 
iradi səy tələb edir. Psixikamızın operativ və analitik mərkəzi 
özünün informasiya mərkəzinə qismən nəzarət edir. Məhz bu 
səbəbdən hifz olunan informasiyaların içərisindən lazım 
olanını həminki anda seçmək xeyli çətindir. Eyni zamanda, bir 
sıra mürəkkəb əməliyyatlar, məsələn, qrammatik qaydalardan 
istifadə olunması, mətnin oxunması uzunmüddətli hafizənin 
nəticəsində asan və praktik olaraq avtomatlaĢdırılmıĢ Ģəkildə 
icra olunur.
Beyində hifz olunanların qısa müddətdən sonra 
yenidən yada salınması xeyli çətin baĢ verir, əsasən, 2-4 
gündən sonra daha aydın və əhatəli yada salınır.
Nəhayət hafizənin operativ növü də vardır. Adətən, 
insan müəyyən məsələni həll edərkən ona lazım olan 
məlumatları xatırlayır və ondan istifadə edir. Əməliyyat 
qurtardıqdan sonra həmin məlumat yenidən beyində hifz 
olunur. Bu proses operativ hafizə ilə əlaqədardır. 
Hafizənin tipləri

Ġnsanlar öz hafizələrinin bir sıra 
xüsusiyyətləri ilə bir-birlərindən fərqlənirlər. Bu cür fərdi 
fərqlər hafizənin tiplərində özünü daha aydın göstərir. Adətən 
psixologiyada əyani obrazlı, sözlü-mücərrəd və aralıq hafizə 
tipləri qeyd olunur.
Hafizənin əyani-obrazlı tipi müxtəlif təəssüratı yadda 
saxlamaqda analizatorlardan hansının daha çox məhsuldar 
olmasında özünü göstərir.
Görmə tipinə malik olan adamlar ən çox gördüklərini, 
eĢitmə tipinə malik olan adamlar eĢitdiklərini, hərəki tipə 
mənsub olanlar isə bilavasitə əməliyyat apardıqları, hərəki 



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   257   258   259   260   261   262   263   264   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin