www.elmler.net
-
Virtual İnternet Resurs Mərkəzi
Ümumi psixologiya. Psixologiya
114
114
Münasibət isə Ģüurla bağlı olan psixi faktdır.
Cisim və
hadisələrə
bəslənilən
münasibətlərin
beyində
əks
etdirilməsindən ibarət olan psixi fəaliyyət psixologiyada hiss
və emosiya adı ilə ifadə edilir.
Beləliklə, hisslər insanın dərk etdiyi cisim və
hadisələrə, başqa adamlara, həmçinin özünün rəftar və
davranışına, fikir və arzusuna bəslədiyi münasibəti ifadə
edən psixi prosesdir
.
Ġnsanın hissləri idrak obyektinə bəslənən subyektiv
münasibətlə bağlıdır. Deməli, hisslər subyektiv xarakter
daĢıyır və o, Ģəxsin
bilik və təcrübəsindən, cins, yaĢ, fərdi
xüsusiyyətlərindən, eləcə də düĢdüyü konkret vəziyyətdən
asılı olur. Hisslərin obyekti ətrafdakı cisim və hadisələr, baĢqa
adamlar, onun subyekti isə Ģəxsiyyətin özüdür. BaĢqa sözlə,
insanın praktik və nəzəri fəaliyyətinin
yönəldiyi və onda
müvafiq Ģəkildə ifadə olunmuĢ emosional təəssürat əmələ
gətirən cisim və hadisələr hisslərin obyekti hesab olunur.
Dilimizdə «hiss» termini müxtəlif mənalarda iĢlədilir.
Adətən, «hiss» dedikdə, duyma, qavramaq,
hiss etmək, dərk
etmək anlamı baĢa düĢülür. Cəmiyyət və təbiət hadisələrinə
münasibət bildirmək istədikdə də bir elmi termin kimi «hiss»
terminindən istifadə edirik. Ona görə də adi həyatda dərk etmə
mənasında istifadə etdiyimiz «hiss» anlayıĢı ilə münasibətləri
ifadə edən «hiss» anlayıĢını bir-birindən fərqləndirmək
lazımdır.
«
Dostları ilə paylaş: