MahirəNərimanqızı


İnsanın idrak fəaliyyətində hisslərin rolu



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə308/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   304   305   306   307   308   309   310   311   ...   613
İnsanın idrak fəaliyyətində hisslərin rolu.
 
Ġnsanın psixi 
həyatı çoxcəhətli, rəngarəng olsa da o vəhdətdədir. Ġdrak 
prosesləri (duyğu, qavrayıĢ, diqqət, hafizə, təfəkkür, təxəyyül, 
nitq) emosiya və hisslərlə dialektik vəhdət təĢkil edir. Bu 
köklü qanunauyğunluq müasir təlim nəzəriyyəsi üçün 
fundamental əhəmiyyətə malikdir. Belə ki, hissələrin qeyri adi 
qüvvəsindən istifadə etməklə Ģagirdin və ya tələbənin idrak 
fəaliyyətini fəallaĢdırmaq yolu ilə, təlim prosesinin 
məhsuldarlığını yüksəltmək olar.
 
Təlim prosesində öyrəncilərin emosional cəhətdən 
fəallaĢdırılması nəinki elmi, həm də köklü praktik məsələ kimi 
meydana çıxır. 
Ġnsan hafizəsi adətən seçici xarakter daĢıyır. Hafizənin 


www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya
116 
116 
bu önəmli xüsusiyyəti onun hər bir növündə öz təsdiqini tapır. 
Belə bir önəmli qanunauyğunluq ilk növbədə insanın cisim və 
hadisələrə münasibəti ilə müəyyən olunur. BaĢqa sözlə desək 
insanda müəyyən hiss və emosional hal doğuran qıcıqlandırıcı 
(söz, hərəkət, hadisə, cism, və s.) yaddaĢda daha yaxĢı 
saxlanılır. Psixologiyada hisslərlə hafizənin qovĢağında 
önəmli bir fenomen – emosional hafizə fenomeni əmələ 
gəlmiĢdir. 
«
Kinli adamın yaddaşı uzun olar», «İlan vuran ala 
çatıdan qorxar»
tipli atalar sözləri empirik surətdə hisslərin 
hafizə və qavrayıĢa göstərdiyi təsiri təsdiq edir. 
QavrayıĢ sahəsində tədqiqat aparan klinist-psixoloqlar 
psixologiyada təsbit olunan faktı təsdiq edirlər. Sübut 
olunmuĢdur ki, insan onun üçün təhlükə törədən, həyatı üçün 
qorxulu olan cisim və hadisələri bir qayda olaraq düzgün 
qavramır. Yaxud da əksinə insan sevinc hissini yaĢayanda, 
sevəndə kiməsə vurulanda ətrafda baĢ verən hadisələrin, 
insanların yalnız yaxĢı cəhətini görür, onları dəyiĢdirmək 
istəmir, olduğu kimi qavrayır, tənqidi münasibət bəsləyə 
bilmir. «Sevən adamın gözü kor olar» dedikdə məhz sevgi 
hissinin qavrayıĢa göstərdiyi təsir ön plana çəkilir. 
Hisslərin idrak fəaliyyətində rolu təkcə qavrayıĢ və 
hafizə prosesləri ilə məhdudlaĢmır. Təfəkkür, təxəyyül və nitq 
kimi idrak prosesləri də hisslərlə vəhdətdə cərəyan edir.
Təfəkkür və hiss, ət və dırnaq kimi bir-birindən 
ayrılmazdır (Ə.Ə.Əlizadə). Onların vəhdətdə inkiĢaf 
etdirilməsi müasir Azərbaycan məktəbi üçün prioritet 
olmalıdır. Təhsil müəssisələrində təlim-tərbiyə iĢlərinin bu 
istiqamətdə qurulması daha da ahəngdar, kamil Ģagird 
Ģəxsiyyətinin formalaĢdırılması deməkdir. Ali psixi funksiya 
kimi təfəkkürlə hiss arasında funksional – genetik əlaqə 
mövcuddur. Yeni təhsil konsepsiyası Ģagirdin, tələbənin 
təfəkkürünü inkiĢaf etdirməyi əsas məqsəd kimi qarĢıya 
qoyur. Bu yolda hafizə artıq köməkçi vasitəyə çevrilir. 
Mütəxəssislərin fikrincə son dövrdə bir çox yerlərdə, təhsil 



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   304   305   306   307   308   309   310   311   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin