MahirəNərimanqızı


Hisslərin fizioloji əsasları və funksiyaları



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə306/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   302   303   304   305   306   307   308   309   ...   613
Hisslərin fizioloji əsasları və funksiyaları.
 
Hisslər beyində 
gedən sinir proseslərinin nəticəsi kimi. Hisslər və dinamik stereotip. 
Hisslərin siqnal, tənzim, kommunikativ funksiyaları.
 
Hisslərin keçirilmə formaları.
 
Əhvallar, affektlər, stress (gər 
ginlik), frustrasiya hisslərin əsas keçirilmə formaları kimi. 
Ali hisslər

Əxlaqi, intellektual, estetik və praksis hisslərin 
xarakteristikası. 
 
IV.13.1. Hisslər haqqında anlayıĢ 
 
Ġnsan ətraf aləmdə baĢ verən hadisələri yalnız duyub 
qavramaqla, yadda saxlamaqla kifayətlənmir. O, həm də dərk 
etdiklərinə müəyyən münasibət göstərir. Ona görə də insan 
idrak prosesləri vasitəsilə ətraf aləmi öz beynində əks etdirir, 
hiss və emosiyaların köməyi ilə isə onlara münasibətini 
bildirir. Deməli, hisslər insanın münasibəti ilə bağlıdır. 


www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya
114 
114 
Münasibət isə Ģüurla bağlı olan psixi faktdır. Cisim və 
hadisələrə 
bəslənilən 
münasibətlərin 
beyində 
əks 
etdirilməsindən ibarət olan psixi fəaliyyət psixologiyada hiss 
və emosiya adı ilə ifadə edilir.
Beləliklə, hisslər insanın dərk etdiyi cisim və 
hadisələrə, başqa adamlara, həmçinin özünün rəftar və 
davranışına, fikir və arzusuna bəslədiyi münasibəti ifadə 
edən psixi prosesdir
.
Ġnsanın hissləri idrak obyektinə bəslənən subyektiv 
münasibətlə bağlıdır. Deməli, hisslər subyektiv xarakter 
daĢıyır və o, Ģəxsin bilik və təcrübəsindən, cins, yaĢ, fərdi 
xüsusiyyətlərindən, eləcə də düĢdüyü konkret vəziyyətdən 
asılı olur. Hisslərin obyekti ətrafdakı cisim və hadisələr, baĢqa 
adamlar, onun subyekti isə Ģəxsiyyətin özüdür. BaĢqa sözlə, 
insanın praktik və nəzəri fəaliyyətinin yönəldiyi və onda 
müvafiq Ģəkildə ifadə olunmuĢ emosional təəssürat əmələ 
gətirən cisim və hadisələr hisslərin obyekti hesab olunur. 
Dilimizdə «hiss» termini müxtəlif mənalarda iĢlədilir. 
Adətən, «hiss» dedikdə, duyma, qavramaq, hiss etmək, dərk 
etmək anlamı baĢa düĢülür. Cəmiyyət və təbiət hadisələrinə 
münasibət bildirmək istədikdə də bir elmi termin kimi «hiss» 
terminindən istifadə edirik. Ona görə də adi həyatda dərk etmə 
mənasında istifadə etdiyimiz «hiss» anlayıĢı ilə münasibətləri 
ifadə edən «hiss» anlayıĢını bir-birindən fərqləndirmək 
lazımdır.
«

Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   302   303   304   305   306   307   308   309   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin