MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə303/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   299   300   301   302   303   304   305   306   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya
110 
110 
olsaydı, onda bizim nağıllarımız, əfsanələrimiz yarana 
bilməzdi. Lakin insanın təxəyyülü nə qədər əcayib, qərayib, 
fantastik obraz yaradırsa yaratsın, onun ayrı-ayrı bütün 
elementləri real həyatdan götürülür. Bu cür təxəyyül obrazları 
həyatın müəyyən tərəfini vasitəli Ģəkildə əks etdirir. Yazıçının 
təxəyyül fəaliyyəti yazıçıya gələcəyə baxmaq, gələcəyi 
qabaqcadan xəbər vermək imkanı verir. Böyük S.Vurğun 
«Bakının dastanı» poemasında təxəyyülünün yaratdığı 
obrazlarla gələcəyə belə baxır: 
Bakı! Gecə! Yadımdadır üç il qabaq 
Sahil boyu Ģölə saçan çırağbanlar! 
Yanacaqdır! Yanacaqdır yenə onlar. 
Ulduz kimi qatar-qatar alıĢaraq, 
Yenə hilal Ģəklindəki qızıl kəmər 
Dolanacaq kərdəninə bu dənizin. 
O vaxt bu sahilin ağ Ģamları 
Min toy qurub neçə gəlin köçürəcək. 
Ah, o zaman bizim Bakı axĢamları
Bir ilahi əfsanə tək görünəcək! 
Təxəyyül təkcə ədəbi-bədii yaradıcılıqda deyil, elmi 
yaradıcılıqda da zəruri olan bir prosesdir. Fransız psixoloqu 
Rıbonun fikrinə görə, hətta təxəyyül fəaliyyətinin yeri elmi, 
texniki yaradıcılıqda bədii yaradıcılıqda olduğundan da 
artıqdır. 
Təbiidir ki, alimin, ixtiraçının fikri prosesində 
anlayıĢlarla yanaĢı əyani obrazlar da bu və ya baĢqa Ģəkildə 
iĢtirak edir. Lakin qavrayıĢ, eləcə də hafizə obrazlarının 
mövcudluluğu təfəkkürün qarĢısında duran məsələni həll 
etməyə imkan vermir. Belə olduqda qavrayıĢ, hafizə obrazları 
dəyiĢdirilir ki, bu da yeni bir nəzəriyyənin, kəĢfin meydana 
çıxması ilə nəticələnir. Bu prosesdə hakim rol təxəyyülün 
üzərinə düĢür. 
Özünü yoxlamaq üçün sual və tapşırıqlar 
1.
Təxəyyül nəyə deyilir? 



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   299   300   301   302   303   304   305   306   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin