www.elmler.net -
Virtual İnternet Resurs Mərkəzi Ümumi psixologiya. Psixologiya 142
142
Ģəraiti, sosial mühit eləcə də, sinir tipi iradi keyfiyyətlərin
formalaĢmasında mühüm rol oynayır.
ġəxsiyyətin iradi keyfiyyətlərini 3 qrupda birləĢdirmək
olar:
1
. İlkin iradi keyfiyyətlər – iradi güc, təkidlilik.
2
. Törəmə iradi keyfiyyətlər – qətiyyətlilik, cəsarət,
özünü ələ almaq, inam.
3.
Üçüncü iradi keyfiyyətlər – məsuliyyətlilik,
intizamlılıq, iĢgüzarlıq, təĢəbbüskarlıq.
Ġradi keyfiyyətləri
mənfi və müsbət olmaqla iki qrupa
bölmək olar. Müsbət iradi keyfiyyətlərə
təkidlilik, qətiyyət, cəsarət, özünü ələ almaq, məsuliyyətlilik, intizamlılıq, müs- təqillik, səbrlilik və s. aid edirlər. Bunların hər birinin əksini
mənfi iradi keyfiyyətlər təĢkil edir. Mənfi iradi keyfiyyətlərə
iradi nöqsan kimi
təqlidçilik, təlqinə qapılmaq, neqativizm, tərsliyi də aid etmək olar.
Təkidlilik – qəbul edilmiĢ qərarın icrası zamanı qarĢıya
çıxan çətinlik və maneələrə qarĢı mübarizə aparıb, onlara
qalib gəlmək və mütləq məqsədə çatmaq əzmində təzahür
edir.
Tərslik – isə iradi nöqsan kimi real Ģəraiti düzgün
qavrayıb qiymətləndirə bilməmək və dəyiĢmiĢ Ģəraitə çevik
münasibət bəsləyə bilməməkdə ifadə olunur. Tərslik çox vaxt
bilərəkdən öz inadından dönməməkdə özünü göstərir.
Qətiyyət – hər hansı məsələ ilə bağlı heç bir tərəddüd
etmədən, vaxtında düĢünülmüĢ qərar qəbul etməkdə ifadə
olunur. Qətiyyət – iradi keyfiyyət kimi iradi iĢin bütün
mərhələlərində özünü göstərir. Qətiyyətlilik – məqsəd
aydınlığı və inam hissi (yəqinlik) ilə sıx bağlıdır. Bu
keyfiyyətin əksini
qətiyyətsizlik təĢkil edir. Qətiyyətsiz adam
üçün iradi iĢin bütün mərhələləri uzun və üzücü prosesə
çevrilir. Qətiyyətsizlik–inamsızlıq, zəiflik, qorxaqlıq və
məqsədin aydın dərk olunmaması və s. səbəblərlə bağlı olur.
Cəsarət – iradənin çox mühüm keyfiyyəti olub, iradi
iĢin icra mərhələsində özünü göstərən psixi xüsusiyyətdir.
Qəbul edilmiĢ qərarın icrası zamanı, tapĢırığın, iĢin