www.elmler.net -
Virtual İnternet Resurs Mərkəzi Ümumi psixologiya. Psixologiya 140
140
Ģəraiti təxəyyüldə canlandırdıqda, görəcəyi iĢi daha yaxĢı icra
edir.
Təlim prosesində, eləcə də, tərbiyə iĢində müəllimlər,
tərbiyəçilər eləcə də valideynlər uĢaqlarda görəcəkləri iĢlə
bağlı müsbət xəyali motivlər yaratmaqla onlara psixoloji
cəhətdən kömək edə bilərlər.
IV.14.2. Ġradi iĢin quruluĢu Ġnsanın iradəsi məhz fəaliyyət prosesində təzahür edir.
Psixoloji planda iradi iĢ fəaliyyətin strukturuna daxil edilir.
Ümumi Ģəkildə iradi iĢi proses kimi təhlil etdikdə onun iki
əsas mərhələdən ibarət olduğunu görə bilərik; 1. Zehni və
yaxud intellektual mərhələ; 2. Ġcra və yaxud əsas iradi
mərhələ.
Zehni mərhələ tələbatın dərk olunması, həvəs və
arzunun əmələ gəlməsi, məqsədin ayrılması, motivlər
mübarizəsi, qərar qəbulu və iĢin planlaĢdırması ilə xarakterizə
olunur. Qərarın qəbulu yəni iĢin hansı Ģəkildə icra edilməsi,
iradi iĢin quruluĢunda mühüm mərhələdir. Həqiqi iradi
baĢlanğıc iĢin məhz hansı Ģəkildə icra edilməsi haqqında
qərarın qəbul edilməsində təzahür edir.
Zehni mərhələ, xüsusən onun motivlər mübarizəsi və
qərar qəbulu mərhələsində təfəkkür aktivləĢdirilir. Ġradi iĢin
bir elementi risk adlanır. Risk – o halda iĢə qoĢulur ki,
fəaliyyətin nəticələrini proqnozlaĢdırmaq mümkün olmasın.
Səmərəli risk, mahiyyətinə görə çox mühüm iradi keyfiyyət
hesab olunur.
Ġcra mərhələsi – iradi iĢin psixoloji məzmununu açıb
göstərən mərhələ hesab olunur. Zehni mərhələ iradi iĢin icra
mərhələsi ilə tamamlanır. Elə insanın iradi keyfiyyətləri, ounn
nə dərəcədə iradəli olub-olmaması məhz ikinci mərhələdə
aĢkar olur.