www.elmler.net -
Virtual İnternet Resurs Mərkəzi Ümumi psixologiya. Psixologiya 141
141
141
141
141
141
141
141
141
Adətən öz strukturuna görə iradi iĢləri iki qrupa bölmək
olar:
sadə və
mürəkkəb iradi
iĢlər.
Sadə iradi iĢ qərar qəbulu və onun icrası ilə baĢa çatır.
Məsələn, əgər dərsə hazırlaĢmağı qərara alır və dərhal stolun
arxasında əyləĢərək hazırlaĢmağa baĢlayırsansa, bu cür iĢi
sadə iradi iĢ adlandırmaq olar.
Mürəkkəb iradi iĢdə isə vəziyyət tamamilə dəyiĢir. Bu
zaman qərarın qəbulu və icrası bir sıra mərhələlərdən keçir.
Burada məqsəd, motivlər, qərar qəbulu, onun icrası üçün yol
və vasitələrin axtarılması, qərarın icrası və s. mərhələlərdən
keçmək zəruri olur. Belə bir misala nəzər salaq. Fərz edək ki,
XI sinif Ģagirdi ali məktəbə daxil olmaq məqsədini qarĢısına
qoyur. Bu zaman hansı ixtisası, hansı universiteti seçmək
məsələsi ortaya çıxır. ġagirdi ingilis dili ixtisası maraqlandırır.
Valideynləri isə onun həkim olmasını istəyirlər. Keçən il
həmin məktəbi bitirən yoldaĢlarından Dillər Universitetinə
daxil olanlar ona bu ixtisası seçməyi məsləhət bilirlər. Bütün
bu motivlər arasında mübarizə gedir. Nəhayət o, ingilis dili
üzrə mütəxəssis olmaq qərarına gəlir. Bundan sonra yeni
mərhələ baĢlayır. ġagird bunun üçün yol və vasitələr arayır.
Müəllimlərindən məsləhət alır. Xüsusi hazırlıq kurslarına
gedir. Ciddi Ģəkildə sınaq imtahanlarında iĢtirak edir. Nəhayət
qəbul haqqında elanlar çıxdıqdan sonra sənədlərini həmin
ixtsas üzrə təqdim edir. Bundan sonra test imtahanlarına gedir.
Son mərhələdə məqsədinə necə nail olduğunu qiymətləndirir.
IV.14.3. ġəxsiyyətin iradi keyfiyyətləri ġəxsiyyətin iradi keyfiyyətləri elə iradi iĢ prosesində
təzahür edir və formalaĢır. Ġradi keyfiyyətlər – mürəkkəb psixi
xüsusiyyətlər kimi insanın həyatı prosesində formalaĢır,
psixoloji səciyyəsinə görə vasitəli xarakter daĢıyır. Tərbiyə