MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə538/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   534   535   536   537   538   539   540   541   ...   613
Suqqestik qabiliyyət
(latın dilindən tərcümədə “təlqinə 
əsaslanan”). Bu, Ģagirdlərə iradi təsir göstərmək qabiliyyəti, 
müəyyən tələbi irəli sürmək və onun yerinə yetirilməsinə 
mütləq nail olmaq qabiliyyətindən ibarətdir. Suqqestik 
qabiliyyətlər müəllimdə iradənin inkiĢafından, özünə qarĢı 
dərin inamından, Ģagirdlərin təlim və tərbiyəsinə məsuliyyət 
hissindən, eyni zamanda müəllimin özünün düzgün hərəkət 
etməyinə dərin inamından asılıdır. Burada söhbət müəllimin 
sakit, Ģagirdləri kobudcasına sıxıĢdırmadan, məcbur etmədən 
və hədələmədən öz tələbini irəli sürməsi və ona nail 
olmasından gedir.
Pedaqoji mərifət.
Bu cür qabiliyyət müəllimin öz 
Ģagirdlərinin yaĢ və fərdi xüsusiyyətlərini və konkret Ģəraiti 
nəzərə alaraq daha məqsədəuyğun təsir üslubundan istifadəni 
müəyyənləĢdirə bilməsində təzahür edir. Pedaqoji mərifətdə 
Ģagirdə qarĢı hörmət və tələbkarlıq bacarıqla birləĢdirilir. 


www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya
360 
360 
(Pedaqoji mərifət barədə aĢağıda pedaqoji ünsiyyətdən 
danıĢarkən geniĢ bəhs olunmuĢdur). 
Pedaqoji təxəyyül.
ġagirdlərlə daima ünsiyyətdə olan 
müəllim öz təlim və tərbiyə iĢinin nəticəsini qabaqcadan 
görməyi, təsəvvür etməyi bacarmalıdır. Burada pedaqoji 
təxəyyül mühüm rol oynayır. Pedaqoji təxəyyülə malik olan 
müəllim öz əməllərinin nəticəsini qabaqcadan görə bilir, 
Ģagirdin gələcəyini düzgün görüb onu istiqamətləndirməyi 
bacarır, onda hansı keyfiyyətləri inkiĢaf etdirməyin mümkün 
olduğunu görür.
Diqqəti paylaya bilmək qabiliyyəti.
Bu cür qabiliyyətə 
malik olan müəllim öz diqqətini iki və daha artıq fəaliyyət və 
ya obyekt üzərinə paylaya bilir. Bu cür müəllim materialı necə 
Ģərh etdiyini, Ģagirdlərin cavabını necə dinlədiyini izləməklə 
nəzər diqqətini bütün Ģagirdlərin üzərinə yönəldə bilir
yorğunluq, diqqətsizlik, anlamamaq, intizamın pozulması 
hallarına öz münasibətini bildirmək və nəhayət, öz davranıĢ 
tərzini (poza, jest, yeriĢ və s.) izləyir.

Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   534   535   536   537   538   539   540   541   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin