MahirəNərimanqızı


Müəllimin izah edə bilmək qabiliyyəti



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə535/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   531   532   533   534   535   536   537   538   ...   613
Müəllimin izah edə bilmək qabiliyyəti.
Bu cür qabiliy-
yətə malik olan müəllimin fikri Ģagirdlər üçün aydın olur. 
Onlar çətin, anlaĢılmaz materialı Ģagirdlər üçün anlaĢıqlı edə 
bilərlər. Təlim materialının məzmununu Ģagirdlərin səviy-
yəsinə uyğun, aydın və anlaĢıqlı, sadə Ģəkildə izah edə, çatdıra 


www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya.
 
Psixologiya
357 
357 
357 
357 
357 
357 
357 
357 
357 
bilirlər. Nəticədə onlar Ģagirdlərdə tədris etdikləri fənnə qarĢı 
maraq oyadır, onların fikrinin fəal müstəqil iĢləməsinə Ģərait 
yaradırlar. Belə müəllimlər zəruri hallarda çətini asan etməyi, 
mürəkkəbi sadələĢdirməyi, anlaĢıqsızı anlaĢıqlı etməyi 
bacarırlar. Bu cür qabiliyyətə malik olan müəllim Ģagirdlərin 
hazırlıq, inkiĢaf səviyyələrini, nəyi bildiklərini və nəyi 
bilmədiklərini, nəyi artıq unuda bildiklərini nəzərə alır, 
Ģagirdlərin qarĢılaĢa biləcəkləri çətinlikləri görür və onların 
qarĢısını almağa çalıĢır. Qeyd edilən qabiliyyətə malik olan 
müəllim özünü Ģagirdin yerinə hiss edə bilir, onun 
mövqeyində dayanır və özünə aydın olan fikirlərin Ģagird 
üçün aydın ola bilməməsi hallarının mümkünlüyünü baĢa 
düĢür. Ona görə də öz izahatının xarakter və formasını xüsusi 
Ģəkildə düĢünür.
Ekspressiv-nitq (natiqlik) qabiliyyətləri.
Pedaqoji 
fəaliyyətin müvəffəqiyyətli icrasında nitq qabiliyyətləri də 
həlledici rol oynayır. Nitq qabiliyyətləri lazımi səviyyədə 
inkiĢaf etməyən müəllim nəzərdə tutulan təlim materialını 
Ģagirdlərə çatdırmaqda çətinlik çəkir. Bu cür qabiliyyətlərə 
malik olan müəllim öz fikir və hisslərini nitqin, eləcə də 
mimika və pantomimika vasitəsilə aydın və dəqiq ifadə edə, 
nitqin köməyilə Ģagirdlərin fikir və diqqətini maksimum 
dərəcədə fəallaĢdıra bilir. Müəllimin peĢəsi üçün bu ən zəruri 
qabiliyyətlərdən biri hesab olunur. Bu cür qabiliyyətə malik 
olan müəllimlər dolaĢıq, mürəkkəb danıĢıq tərzindən qaçır, öz 
fikirlərini Ģagirdlərin baĢa düĢəcəyi sadə, aydın dildə ifadə 
edirlər. Müəllimin nitqi canlı, obrazlı, ifadəli, emosional, 
aydın, stilistik, qrammatik və fonetik cəhətdən qüsursuz 
olmalıdır.

Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   531   532   533   534   535   536   537   538   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin