www.elmler.net
-
Virtual İnternet Resurs Mərkəzi
Ümumi psixologiya.
Psixologiya
357
357
357
357
357
357
357
357
357
bilirlər. Nəticədə onlar Ģagirdlərdə tədris etdikləri fənnə qarĢı
maraq oyadır, onların fikrinin fəal müstəqil iĢləməsinə Ģərait
yaradırlar. Belə müəllimlər zəruri hallarda çətini asan etməyi,
mürəkkəbi sadələĢdirməyi, anlaĢıqsızı anlaĢıqlı etməyi
bacarırlar. Bu cür qabiliyyətə malik olan müəllim Ģagirdlərin
hazırlıq, inkiĢaf
səviyyələrini, nəyi bildiklərini və nəyi
bilmədiklərini, nəyi artıq unuda bildiklərini nəzərə alır,
Ģagirdlərin qarĢılaĢa biləcəkləri çətinlikləri görür və onların
qarĢısını almağa çalıĢır. Qeyd edilən
qabiliyyətə malik olan
müəllim özünü Ģagirdin yerinə hiss edə bilir, onun
mövqeyində dayanır və özünə aydın olan fikirlərin Ģagird
üçün aydın ola bilməməsi hallarının mümkünlüyünü baĢa
düĢür. Ona görə də öz izahatının xarakter və formasını xüsusi
Ģəkildə düĢünür.
Ekspressiv-nitq (natiqlik) qabiliyyətləri.
Pedaqoji
fəaliyyətin müvəffəqiyyətli icrasında
nitq qabiliyyətləri də
həlledici rol oynayır. Nitq qabiliyyətləri lazımi səviyyədə
inkiĢaf etməyən müəllim nəzərdə tutulan təlim materialını
Ģagirdlərə çatdırmaqda çətinlik çəkir.
Bu cür qabiliyyətlərə
malik olan müəllim öz fikir və hisslərini nitqin,
eləcə də
mimika və pantomimika vasitəsilə aydın və dəqiq ifadə edə,
nitqin köməyilə Ģagirdlərin
fikir və diqqətini maksimum
dərəcədə fəallaĢdıra bilir. Müəllimin peĢəsi üçün bu ən zəruri
qabiliyyətlərdən biri hesab olunur. Bu cür qabiliyyətə malik
olan müəllimlər dolaĢıq, mürəkkəb danıĢıq tərzindən qaçır, öz
fikirlərini Ģagirdlərin baĢa düĢəcəyi sadə, aydın
dildə ifadə
edirlər. Müəllimin nitqi canlı, obrazlı, ifadəli, emosional,
aydın,
stilistik, qrammatik və fonetik cəhətdən qüsursuz
olmalıdır.
Dostları ilə paylaş: