www.elmler.net
-
Virtual İnternet Resurs Mərkəzi
Ümumi psixologiya. Psixologiya
354
354
- Ģagirdlərin diqqətini səfərbərliyə almaq və onlarda
təlimə və əməyə davamlı maraqlar yaratmaq; onları oxumağa
öyrətmək; onları öz iĢ yerini hazırlamağa, kitabla, alətlərlə
iĢləməyə alıĢdırmaq;
- Ģagirdlərə əldə etdikləri
nəzəri bilikləri təcrübəyə
tətbiq etmək bacarığı aĢılamaq;
- kollektivin inkiĢafına rəhbərlik etmək, Ģagirdlərin
kollektivdə öz güclərini düzgün tətbiq etmələrinə rəhbərliyi
bacarmaq; iĢləri dəqiq planlaĢdırmaq,
ona nəzarət etmək və
obyektiv olaraq qiymətləndirmək.
ĠnkiĢafetdirici bacarıq və vərdiĢlər:
- tədris prosesində müĢahidə metodundan və müxtəlif
məktəb təcrübələrindən istifadə etmək;
- bütün tədris metodlarını yaĢ fiziologiyası, psixologiya,
pedaqogika və məktəb gigiyenasının
müasir nailiyyət və
məlumatları əsasında tətbiq etmək;
- təlim və fikri iĢ sisteminin formalaĢması prosesində
Ģagirdlərin
əqli fəaliyyətini idarə etmək;
- təlim prosesində Ģagirdlərdən müstəqil təfəkkür tələb
edən problem situasiya yaratmaq;
- Ģagirdlərə əvvəllər əldə etdikləri bilikləri tətbiq etməyi,
müqayisə
və müstəqil əqlinəticə, fəal idrak fəaliyyəti tələb
edən suallar vermək.
Ġstiqamətləndirici bacarıq və vərdiĢlər:
- elmi dünyagörüĢü, təbiət və əməyə düzgün münasibəti
təĢəkkül etdirmək;
- Ģagirdlərdə
tədris fəaliyyətinə və elmə, məhsuldar
əməyə və cəmiyyətin tələblərinə, öz Ģəxsi
istiqamət və
imkanlarına uyğun peĢəyə davamlı maraq aĢılamaq;
- Ģagirdlərin yüksək əxlaqi ideallar ruhunda humanist,
estetik və ideya-siyasi tərbiyəsini həyata keçirmək.
Müəllimin bu cür pedaqoji bacarıq və vərdiĢləri onun
ümumi bacarıqları ilə birlikdə pedaqoji fəaliyyəti müvəf-
fəqiyyətlə həyata keçirməsinə imkan verir. Bu cür bacarıq və