MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə534/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   530   531   532   533   534   535   536   537   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya
356 
356 
Pedaqoji fəaliyyətin müvəffəqiyyətini təmin etmək üçün 
lazım olan müəllimin Ģəxsi pedaqoji qabiliyyətlərindən biri də 
dözümlülük və özünəsahib olmaq qabiliyyətidir
.
Müəllim 
həmiĢə, hər cür, hətta gözlənilməyən Ģəraitdə özünü ələ 
almağı, özünə sahib olmağı, öz hisslərini, temperamentini 
cilovlamağı bacarmalı, öz davranıĢına nəzarəti itirməməlidir. 
Lakin bu heç də o demək deyildir ki, müəllim öz hisslərini 
daima süni Ģəkildə boğmalıdır. O, Ģagirdlərlə birlikdə Ģadlana, 
sevinə də bilər. Lazım gəldikdə tərbiyəvi məqsədlə qəzəb və 
narazılığını da nümayiĢ etdirə bilər. Lakin bu zaman o heç 
vaxt özündən çıxmamalı, qıĢqıra-qıĢqıra, kobud və təhqiramiz 
tonla danıĢmamalıdır. Bununla belə müəllimin dözümlülüyü 
özünə sahib olması etinasızlıq səviyyəsinə qalxmamalıdır.
Müəllimin digər mühüm Ģəxsi qabiliyyəti 
dərsdə 
şagirdlərlə iş aparmaq üçün optimal psixi vəziyyət yarada 
bilməsidir

Bu cür qabiliyyətə malik olan müəllimlər özlərinin 
gümrahlığı, həyatsevərliyi, kifayət qədər canlılığı ilə 
fərqlənirlər. Nə olursa olsun, müəllim həmiĢə nikbin, 
arzuolunan əhval-ruhiyyə ilə sinfə daxil olmalıdır. Məhz buna 
görə də müəllim özünün əhvalını idarə etməyi, tənzimləməyi 
bacarmalıdır.
 
2. Didaktik qabiliyyətlər
-
müəllimin zəruri məlumatları 
Ģagirdlərə çatdıra bilmək, öyrədə bilmək, materialı uĢaqların 
səviyyələrinə uyğunlaĢdırmaqla onlara çatdırmaq, material və 
ya problemi aydın və ya anlaĢıqlı Ģəkildə Ģagirdlərə təqdim 
etmək, fənnə qarĢı maraq oyatmaq, Ģagirdlərdə fəal müstəqil 
fikir yarada bilmək qabiliyyətlərindən ibarətdir. Buraya 
konkret olaraq müəllimin izah edə bilmək qabiliyyətini, 
ekspressiv-nitq (natiqlik) qabiliyyətini, nəzəri qabiliyyətləri 
(akademik qabiliyyət) aid etmək olar. 

Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   530   531   532   533   534   535   536   537   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin