MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə65/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   613
dərk edilən və dərk
 
edilməyən
olmaqla daha iki qrupda birləĢdirirlər. 
Dərk edilən motivlər nəyin bizi bu və ya digər iĢə, 
fəaliyyətə təhrik etməsini anlamagımız, dərk etməyimizlə 
fərqlənir. Dərk edilməyən motivlərə gəldikdə elə təhriklər 
nəzərdə tutulur ki, həmin təhriklərin mahiyyətini biz tam 
aydınlığı ilə dərk edə bilmirik. Bu cür motivlərə 
həvəsi, 
ustanovkanı
aid etmək mümkündür. 
Motivlər özlərinin növləri ilə yanaĢı davamlılıqları, 
emosional çalarları və ya modallıqları, qüvvələri və ifadə 
xüsusiyyətlərinə görə də bir–birindən fərqlənirlər. 
II.3.3. Fəaliyyətin quruluĢu 
 
Fəaliyyətin quruluĢu haqqında anlayıĢ
. Ġnsan 
fəaliyyətini nəzərdən keçirdikdə onun özünəməxsus quruluĢu 
diqqəti cəlb edir. Ġnsanın hər cür fəaliyyəti eyni quruluĢda, eyni 
sistem və ardıcıllıqda həyata keçir. BaĢqa sözlə, bütün fəaliyyət 
növlərində eyni ümumi struktur komponentlər özünü göstərir. 
Ġnsanın istər maddi, istərsə də mənəvi fəaliyyətinin quruluĢunu 
təhlil etdikdə onun təxmini məzmununu təĢkil edən aĢagıdakı 


www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya 
77 
əsas elementləri, komponentləri aĢkara çıxarmaq mümkün 
olur

fəaliyyətin motivləri, fəaliyyətin məqsədi və fəaliyyətin 
vasitələri

Motivlə
r
haqqında yuxarıda qeyd etdiklərimizdən aydın 
olduğu kimi, motiv insanı hər hansı bir fəaliyyətə təhrik edən, 
yönəldən səbəblərdir. Hər cür fəaliyyət zamanı müvafiq 
tələbatdan doğan səbəblər bizi həmin fəaliyyətə giriĢməyə və 
bu yolla öz tələbatımızı ödəməyə yönəldir. 
Məqsədə
gəldikdə o, insanın fəaliyyət zamanı hansı 
nəticəyə nail olmağa yönəlməsidir. Son nəticə daima 
fəaliyyətin məqsədi kimi təzahür edir. Məhz buna görə də insan 
fəaliyyəti daima dərk olunmuĢ məqsədləri ilə tənzim edilir. 
Ġnsanın həmin fəaliyyəti nə dərəcədə adekvat yerinə yetirməsi 
qarĢıya qoyulan məqsədi həyata keçirməsi ilə xarakterizə 
olunur. 
Bəzən fəaliyyətin motivi və məqsədi üst-üstə düĢsə də 
çox vaxt məqsəd və motiv özünün xüsusiyyətlərinə görə bir-
birlərindən fərqlənirlər. Məsələn, tələbədə olmayan hər hansı 
bir kitabı almaq üçün kitab mağazasına getməsi həm motiv 
həm də məqsəd rolunu oynaya bilər. Lakin «psixologiya» 
dərsliyini almaq üçün kitab mağazasına getmək onun məqsədi, 
həmin fənlə maraqlanması, sabahkı seminara hazırlaĢması üçün 
getməsi isə motivi ola bilər. 

Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin