MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə63/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   613
Fəaliyyət insanın dərk 
olunmuş məqsədləri ilə tənzim olunan daxili (psixi) və xarici 
(fiziki) fəallığıdır. 
Tərifdən görünüdüyü kimi, fəaliyyət zamanı insanın həm 
psixi, həm də fiziki fəallığı baĢ verə bilir. Bunların hər ikisində 
insanın fəallığı onun öz qarĢısına qoyduğu dərk olunmuĢ 
məqsədləri ilə tənzim edilir. 
Fəaliyyət və Ģüur qarĢılıqlı dialektik vəhdət təĢkil edirlər. 
Fəaliyyət prosesində insan onu əhatə edən aləmin cisim və 
hadisələri ilə bələd olur, onlara qarĢı insanda müəyyən 
münasibətlər sistemi formalaĢır. Fəaliyyət prosesində subyektin 
bilik çərçivəsi geniĢlənir, psixikası inkiĢaf edir və beləliklə də 
Ģüurluluq səviyyəsi güclənir. ġüurun inkiĢafı isə öz növbəsində 
fəaliyyətin məqsədəuyğunluq səviyyəsini, onun dəqiqlik 
dərəcəsini inkiĢaf etdirir. 

II.3.2. Fəaliyyət və fəallıq 
 
Fəaliyyət insanın onu əhatə edən əĢyavi aləmlə, onun 
özünə və baĢqalarına fəal münasibətini əks etdirən, onun 
tələbatlarını ödəməyə yönəldilmiĢ prosesdir. Fəaliyyət 
sistemdir, onun özünəməxsus daxili keçid və dəyiĢmələri olub, 
özünəməxsus inkiĢaf yolu vardır. Hər hansı bir fəaliyyətin 
baĢlanmasının əsasında mütləq müəyyən tələbat və yaxud 
tələbatlar Ģəbəkəsi durur. BaĢqa sözlə, insan fəallığının 


www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya 
75 
əsasında tələbatlar durur, onun (fəallığın) mənbəini təĢkil edir. 
Tələbatlar orqanizmin mühüm daxili gücünü təĢkil etməklə onu 
fərdin və nəslin yaĢaması və inkiĢafı üçün zəruri olan 
keyfiyyətcə müəyyən fəallıq formasını (fəaliyyəti) həyata 
keçirməyə təhrik edir. 
Özünün ilkin bioloji formasında tələbatlar orqanizmin ondan 
kənarda olan, həyat və fəaliyyəti üçün zəruri olan nəyə isə hiss etdiyi 
ehtiyac kimi meydana çıxır. Lakin ehtiyacı tələbatlarla eyniləĢdirmək 
düzgün olmazdı. Tələbatlar insanın dərk olunmuĢ ehtiyacları olmaqla 
daha geniĢ anlayıĢ kimi qəbul edilir. Tələbatlar insanın ehtiyacları ilə 
yanaĢı onun öz ehtiyaclarına münasibətini də əks etdirir. Bu baxımdan 
tələbatlar insanın konkret həyat Ģəraitindən asılılığını ifadə edən və onun 
bu Ģəraitdə fəallıgını Ģərtləndirən özünəməxsus psixi halətdir. Tələbatlar 
və onların növləri barədə kitabın 5-ci fəslində ətraflı bəhs olunduğuna 
görə burada deyilənlərlə kifayətlənməli olduq.

Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin